"Nissan" yeni CEO axtarışında - 90 faizdən çox mənfəət azalması

"Nissan Motor Co.", biznesini dirçəltməkdə çətinlik çəkdiyi üçün baş icraçı direktor Makoto Uçidanın vəzifəsindən uzaqlaşdırılmasını nəzərdən keçirir.
Avtosfer.az xəbər verir ki, bu barədə Yaponiyann "Kyodo" agentliyi məlumat yayıb.
Məlumata əsasən, hazırki CEO Uçidanın mümkün varislərindən biri kimi daha əvvəl "Nissan"ın ABŞ-dəki fəaliyyətinə rəhbərlik etmiş baş maliyyə direktoru Jeremi Papinin adı çəkilir.
"Nissan"ın yeni idarəetmə strukturu çərşənbə axşamı keçiriləcək iclasda müzakirə olunacaq. Lakin Papinin Uçidanı əvəzləməsi ilə bağlı qərara qarşı çıxanlar var.
Uçidanın rəhbərliyi son vaxtlar sual altına düşüb. Şirkətin mənfəəti dekabr ayına qədər olan doqquz ay ərzində 90 faizdən çox azalıb. Eyni zamanda, "Honda Motor Co." ilə dünyanın üçüncü ən böyük avtomobil qrupunu yaratmaq üçün aparılan birləşmə danışıqları da uğursuzluğa düçar olub.
Keçən ay keçirilən mətbuat konfransında Uçida bildirib ki, "Nissan"ın danışıqlardan geri çəkilməsinin əsas səbəbi "Honda"nın şirkəti öz filialına çevirmək istəyi olub. Onun sözlərinə görə, bu addım "Nissan"ın müstəqilliyinə ciddi zərbə vura bilərdi.
Dekabr ayında hər iki şirkət 2026-cı ildə holdinq şirkəti çərçivəsində birləşmə ilə bağlı danışıqlara başlamaq barədə razılığa gəlmişdi. Məqsəd elektrik avtomobilləri və proqram təminatlarının inkişafında maliyyə yükünü bölüşərək "Tesla Inc." və "BYD Co." kimi qlobal rəqiblərlə daha yaxşı rəqabət aparmaq idi.
Lakin bu prosesdə fikir ayrılığı yaranıb. "Honda", "Nissan"ın yenidən qurulma səylərinin ləng getdiyini hesab edərək, inteqrasiya üçün əsas şərtlərdən birinin yerinə yetirilmədiyini bildirib (Valyuta.az).
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA












