Nissan zavodu Lada istehsal edəcək – Rusiyada

Dünyanın böyük avtomobil korporasiyalarının Rusiyada 10-15 il əvvəl başlayıb uğurla davam edən fgəaliyyəti bu il başa çatdı.
Avtosfer.az xəbər verir ki, Ukrayna müharibəsi ilə paralel başlayan sanksiyalar böyük korporasiyaları Rusiya bazarından çəkilməyə məcbur etdi. Elə bunlardan biri də Nissan idi. Şirkət Avtovazla yaxın əməkdaşlıq edirdi.
Artıq ötən aydan Nissan öz istehsal sahələrini sataraq Rusiyadan gedib. Bir müddət əvvəl şirkətin gələn il istehsalı bərpa edəcəyi barədə xəbərlər yayılsa da, son nöqtəni Avtovaz şirkəti qoyub. Zavodun yaydığı son pres relizdə göstərilir ki, Nissanın Ptereburqdakı zavodunda gələn ildən etibarən Lada yığılacaq. Bu modellər hazırda Tolyattidə istehsal olunan avtomobillərlə rəqabət aparmayacaq. Hazırda Tolyattidə yalnız Niva və Granta modelləri sadələşdirilmiş konfiqurasiyada istehsal edilir. Petereburqda isə Vesta və Largus istehsal olunacaq.
Bir sual da ortaya çıxır: ayrı-ayrı zavodlara nə ehtiyac var? 1968-ci ildə layihələndirilərdən VAZ zavodunun illik istehsal gücü 600 000 avtomobil nəzərdə tutulsa da sovet vaxtı bu göstərici dəfələrlə aşılıb. Müstəqil Rusiyada isə nadir illərdə 400 min avtomobil istehsalı mükün olub. Yəni, zavod əksər hallarda öz gücünün 30%-ni işlədə bilib. Sovet dövründən fərqli olaraq indi zavod daxili bazara işləyir, ixrac olunan avtomobil sayı 30 min ətrafında dəyişir. Başqa sözlə, sovet dövründə cəmi 1 zavodda istehsal olunan qədər avtomobili indi 3-4 müəssisə birlikdə yığa bilmir. Belə olan halda müəssisə sayının artması nəyi dəyişir?
Vüqar
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb










