Niyə avtomobillər paslanmayan poladdan hazırlanmır? - FOTO

Avtomobil kuzovunda korroziya həm istehsalçıları, həm də avtomobil sahiblərini narahat edən məsələdir. Bunun üçün çox sayda həll yolları axtarılır.
Avtosfer.az xəbər verir ki, paslanmayan polad korroziyaya qarşı davamlıdır. Misal üçün, evdə su xəttində qara metaldan hazırlanmış fitinqi bir neçə ay sonra açmaq mümkün olmur. Halbuki 30-40 əvvəl quraşdırılmış paslanmaz poladdan olan fitinqi bu gün də açıb təkrar istifadə etmək mümkündür.
30-cu illərdə korroziya məsələsini həll etmək istəyən Ford paslanmayan poladdan kuzov layihələndirir. 6 ədəd hazırlanan avtomobilin hamısı bu gün də ideal vəziyyətdədir. Lakin bu iş sınaqdan uzağa getmədi. Səbəblərə gəlincə:
.jpg)
Paslanmayan polad çox sərt olduğu üçün ştampları hər gün dəyişmək lazım gəlir. Əlavə olaraq, konveyerdə onların qaynaq edilməsi də çox çətindir.
Lakin əsas çətinlik istismar zamanı baş verir. Bu tip maşın qəzaya düşdükdə onu təmir etmək müşkülə çevrilir. Çünki paslanmayan poladı emal etmək zərgər dəqiqliyi tələb edir. Maşını rəngləmək isə demək olar mümkün deyil.
Ən əsası isə, 50 il işləyən maşın nə istehsalçıya lazımdır, nə də sürücülərə. 50-60 il əvvəlki konstruksiya nə komfort, nə də təhlükəsizlik baxımından indiki ilə eyni ola bilməz. Müasir dövrdə insanlar uzunömürlülükdən daha çox təhlükəsizliyə fikir verirlər.
Vüqar Yaşaroğlu
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












