Banner

Skywell tam elektrik avtomobil markasından möhtəşəm addım - FOTO

Avtoxəbər 13 Dekabr 2022 09:30 Oxunub 1514
Skywell tam elektrik avtomobil markasından möhtəşəm addım  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 11 noyabr 2022-ci il tarixli 411 saylı Qərarı ilə, elektrik mühərrikli minik avtomobilləri mövcud 15% idxal rüsumundan azad edildi. Bu qərardan sonra Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) quruma üzv şirkətlər arasında elektrik mühərrikli avtomobil satışını həyata keçirən rəsmi dilerlər ilə fikir mübadiləsi edib. 
Ötən gün AADA-nın icraçı direktoru Eyyub Əliyev quruma müşahidəçi qismində qatılan “ONVOLT” şirkətinin sərgi-satış salonunu ziyarət edib. Xatırladaq ki, “ONVOLT” şirkəti Çinin SKYWELL tam elektrik premium avtomobil istehsalçısının Azərbaycanda yeganə və rəsmi idxalçısıdır. AADA rəhbərliyi ilə söhbət zamanı “ONVOLT” MMC-nin direktor müavini Nəzmi İsmayılov salonlarında yalnız tam elektrik mühərrikli avtomobillərin satıldığını və bu avtomobillər üçün satış sonrası xidmətin ən müasir texnologiyalarla təchiz olunmuş “Motor House” texniki xidmət mərkəzində həyata keçirildiyini qeyd etdi. Nəzmi İsmayılov sərgi-satış salonunun önündə 120 kVts-luq şarj terminalının yerləşdirildiyini və bu terminal vasitəsilə SKYWELL sürücülərinin pulsuz şarj etmə imkanı əldə etdiklərini sevindirici hal kimi vurğuladı. 
Şirkət rəsmisi Nazirlər Kabinetinin məlum Qərarından sonra satışda olan avtomobillərin qiymətlərini qərarın tələbinə uyğun tənzimlədiklərini də qeyd etdi. 
“Salondakı avtomobillərin qərardan öncə Azərbaycana gətirildiyinə baxmayaraq, biz dövlətimizin ətraf mühitin qorunmasına, ekoloji təmiz avtomobillərin təbliğinə olan bu qayğısına hörmət əlaməti olaraq, öncə gətirilən avtomobillərin də qiymətini müvafiq olaraq aşağı salınmasını təmin etdik. Ölkədə elektrik avtomobilləri üçün xüsusi qanunların qəbul olunduğunu və bu avtomobillərin əl çatanlığının təmin edilməsinin dövlətimizin prioritet məsələsi olduğunu SKYWELL istehsalçı zavoduna bildirdik. SKYWELL konserni öz növbəsində bu təklifimizi müsbət qarşılayaraq, avtomobillərin qiymətinin indiki qərara uyğun tənzimlənməsində bizə dəstək oldu. Hazırda təqdim edilən avtomobillərin qiymətləri qərardan əvvəlki qiymətlərdən fərqlənir və biz bu məlumatı qiymət lövhəsində müştərilərimizə göstəririk” deyə Nəzmi İsmayılov məlumat verdi. 
AADA rəhbərliyi Nəzmi İsmayılova gördükləri işlərə görə təşəkkür edərək onlara gələcək işlərində uğurlar arzu etdi. 
Xatırladaq ki, “ONVOLT” MMC Azərbaycanda ilk və hələ ki yeganə elektrik avtomobilləri  brendinin rəsmi idxalçısıdır. 
Maraqlananlar üçün:
Əlaqə: (+99412) 440 00 07
Ünvan:   C.Hacıbəyli,194
Sayt və instagram:www.skywell.az ; skywell.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh