Sürücü əyləcsiz avtomobillə 514 kilometr yol qət etdi və...

Çində sürücü əyləci sıradan çıxan avtomobillə 514 kilometr yol qət edərək sağ qalıb.
Avtosfer.az bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Lo adlı şəxs Çin istehsalı olan "Haval H6" krossoverini idarə edib. O, maşını kruiz kontrol sisteminə qoyub və sürəti saatda təxminən 100 kilometrə təyin edib. Lo daha sonra onu endirməyə çalışıb, lakin kruiz kontrol onun əmrlərinə cavab verməyib. Kişi maşını başqa cür saxlaya bilməyib. Nəticədə o, avtomobilinin yanacağı bitənə qədər bir neçə yüz kilometr məsafəni eyni sürətlə sürməli olub. Bütün bu müddət ərzində kişi həyatı üçün qorxub.
Yolda Lo təcili yardım xidmətlərinə zəng edərək problemini danışıb. Polis onu müşayiətçi ilə təmin edib və magistral yolda digər avtomobillərlə toqquşmamasına diqqət yetirib. Yerli "Haval" filialının mühəndisləri kişi ilə telefonla əlaqə saxlasalar da, ona kömək edə bilməyiblər.
Nəhayət, yanacaq tükənib və maşın dayanıb. Ümumilikdə, kişi 514 kilometr yol qət edib, səyahət təxminən beş saat çəkib. Lo avtomobildə olan yeganə şəxs olub. Hadisəyə nəyin səbəb olduğu məlum deyil. Avtomobil istehsalçısı araşdırma aparır. (milli.az)
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO










