Yeni avtomobil ehtiyat hissələri mağazası açıldı – “Avto Land” – FOTOLAR

Avtoxəbər 16 Noyabr 2017 15:05 Oxunub 14054
Yeni avtomobil ehtiyat hissələri mağazası açıldı – “Avto Land” – FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müştərilərə keyfiyyətli xidmət göstərmək üçün 10 nəfər işlə təmin olunub

Noyabrın 15-i hər gün yeniləşən və inkişaf edən paytaxtımız daha bir mağaza açılışına şahidlik etdi. Xətai rayonunda Neapol dairəsi yaxınlığında möhtəşəm bir mağazanın açılışı oldu. Söhbət Mehmandarov küçəsi, 50 (Köhnə Mehmandarov 2) ünvanında yerləşən “ Avto Land” avtoehtiyat hissələri mağazasından gedir. Avtosfer.az saytı olaraq biz də bu açılışa dəvət edilmiş qonaqlar sırasındaydıq. Deyilən vaxtda ünvana yaxınlaşərkən qarşımızda həm siləqə- səhmanı, həm gülərüz işçiləri ilə göz oxşayan möhtəşəm bir mağaza var idi. Adətən ehtiyyat hissələri mağazlarını qarmaqarışıq, səliqəsiz formada görməyə öyərşdiyimizdən, belə bir mənzərə şəxsən bizim və bütün qonaqlar üçün çox xoş idi. Açılışdan sonra rəhbərlik qonaqları mağazanın içərisində ayaqüstü stollarda çay vəşirniyyat süfrəsinə dəvət etdi. Elə burada da mağazanın sahibi Hicran Heydərovla söhbət edərək öyrəndik ki, mağazada Yaponiya və Koreya istehsalı olan bütün növ avtomobillər üçün ehtiyyat hissələrinin satışı həyata keçiriləcək. O cümlədən adı çəkilən markalar üçün hər növ mühərrik və sürətlər qutusu yağları, təmizlik məhsulları da alıcılara təklif olunacaq. 

Mağazanı gəzərkən özümüz də şahidi olduq ki, hər şey çox səliqəli və alıcı zövqünü oxşayacaq şəkildə vitrinlərə düzülüb. Mağaza sahibi qeyd etdi ki, satışa qoyulan mallar dünya brendlərinin Azərbaycandakı rəsmi düstribitorlarından əldə edilir. Və məhsullara tam zəmanət verilir.

Elə həmin distributor şirkətlərin rəhbərliyi də mağazanın açılışnda iştirak etməsi Hicran müəllimin dediklərinə əyanı sübut idi. Qonaqlar arasında “Gomas Auto” mağazalar şəbəkəsinin, “Araz Motors”un, “ Active Qroup”un, “Nazim 1001”in rəhbərləri və vəzifəli şəxsləri gözə dəyirdi. Onlar da öz növbələrində belə gözəl mağaza ilə müştərilərin qarşısına çıxdığına görə Hicran Heydərova həm təşəkkürlərini bildirir, həm də yeni mağazaya xeyir dua verirdilər.

Açılışda o cümlədən Azərbaycan Milli Avtomobil Klubunun (AMAK) nümayəndəsi, digər internet saytlarından da qonaqlar iştirak edirdilər.

Bir masada isə yaxınlıqdakı servislərdə işləyən ustalar çay içərək söhbət edirdilər. Ustaların söhbətindən anlaşılırdı ki, iş yerlərinin yaxınlığında belə bir mağazanın açılması onların çox ürəyindədndir.

Mağaza rəhbərliyi gələcək müştəriləri,yəni sakinləri də unutmamışdı. Yaxınlıqda yaşayan sakinlərdən də, qonaqlar arasında olanlar var idi. 

Biz də Avtosfer.az saytı olaraq rəhbərliyə öz təşəkkürlərimizi və təbriklərimiz çatdırdıq. Təqdirəlayiq haldır ki, belə bir zamanda yeni mağaza açmaqla müştərilərə keyfiyyətli xidmət göstəriləcək, həm də yaxın günlərdə burada ən azı 10 nəfər işlə təmin olanacaq.

Bəli, artıq daha bir gözəl mağaza “Avto Land” mağazası həm Xətai rayon sakinlərinin, həm də bütünlükdə paytaxt sakinlərinin yolunu gözləyir. Buyurun, gəlin! 

Ünvan- Xətai rayonu. Neapol dairəsi Mehmandarov 50 

Köhnə Mehmandarov 2

Telefonlar : 050 665 60 91

                   055 665 60 91

                   070 665 60 91

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh