Banner

34 ildən sonra kimliyi müəyyənləşdirilən dörd itkin-şəhid dəfn olundu - YENİLƏNİB

Gündəm 20 Fevral 2026 13:26
34 ildən sonra kimliyi müəyyənləşdirilən dörd itkin-şəhid dəfn olundu   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Qurban Göyüşov dəfn olunub.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Ağdam rayonu Quzanlı qəsəbəsi Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Q.Göyüşov 1974-cü il iyunun 26-da Ağdərə rayonunun Baş Güneypəyə kəndində anadan olub. 1992-ci il martın 12-də Ağdərə rayonunun Çıldıran kəndi istiqamətində itkin düşüb.

***12:41

Uzun illər itkin kimi qeydiyyatda olan şəhid Zibeydə Bədəl qızı Əhmədovanın nəşinin qalıqları 34 ildən sonra aşkar edilib və bu gün - fevralın 20-də Xocalı şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, 1938-ci il təvəllüdlü Zibeydə Əhmədova Xankəndi şəhərində doğulub. 1988-ci ildə Xankəndi şəhərindən məcburi köçkün düşərək Xocalı rayonunda məskunlaşıb.

O, 1992-ci il fevralın 26-da Xocalı faciəsi zamanı itkin düşüb. O zaman 54 yaşı olub. İşğaldan azad olunmuş ərazilərdə aparılan araşdırmalar zamanı onun meyitinin qalıqları Ağdərə rayonu ərazisində aşkar edilib. Müvafiq dövlət qurumları tərəfindən aparılan genetik ekspertiza və identifikasiya prosesindən sonra qalıqlar ailəsinə təhvil verilib.

Qeyd edilib ki, şəhid Zibeydə Əhmədovanın dəfn mərasimində Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhər sakinləri və şəhidin yaxınları iştirak ediblər. Şəhidin tabutuna bükülən Azərbaycan bayrağı onun tək övladı olan oğlu Fəxrəddin Əhmədova təqdim edilib.


Xatırladaq ki, Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən 17 itkin-şəhiddən 2-si qadındır. Onlardan Qarayeva Mehriban Arif qızı hərbçi, Əhmədova Zibeydə Bədəl qızı mülki şəxsdir. M.Qarayeva fevralın 20-də Sumqayıt Şəhidlər xiyabanında, Z.Əhmədova isə Xocalı Şəhidlər xiyabanında dəfn ediliblər.

***

Birinci Qarabağ müharibəsində itkin düşmüş Mehriban Arif qızı Qarayeva dəfn edilib.

Avtosfer.az xəbər verir ki, onun nəşinin qalıqları Sumqayıt şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılıb.
***

Birinci Qarabağ müharibəsi zamanında itkin düşmüş şəhid Mehriban Arif qızı Qarayevanın dəfn mərasimi keçirilir.

Avtosfer.az xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Onun nəşinin qalıqları torpağa tapşırılmaq üçün Sumqayıt şəhərindəki Şəhidlər xiyabanına gətirilib.

Qeyd edək ki, Mehriban Qarayeva 1970-ci ilin 27 martında Sumqayıt şəhərində anadan olub. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb.

***

Birinci Qarabağ müharibəsi zamanında itkin düşmüş Rafiq Hüseyn oğlu Hüseynovun dəfn mərasimi keçirilib.

Avtosfer.az xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Onun nəşinin qalıqları torpağa tapşırılmaq üçün Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanına gətirilib.

Xatırladaq ki, Rafiq Hüseynov 1974-ci il aprelin 16-da Ağdam rayonu, Qiyaslı kəndində anadan olub. 1992-ci il iyunun 15-də Ağdərə rayonu, Sırxavənd kəndi istiqamətində itkin düşüb.

Oxunub 150
ŞƏRH YAZ
Ad

E-mail

Şərh