Banner

Tovuzda içməli suya həsrət qalanlar var - VİDEO

Gündəm 12 Mart 2022 23:46 Oxunub 1774
Tovuzda içməli suya həsrət qalanlar var  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tovuzun Qovlar şəhəri və ətraf kəndləri içməli su problemi ilə üzləşiblər. İçməli suyu pulla alan sakinlər artıq bundan da məhrum  ediliblər. Bəs görəsən sakinlərin yeganə ümid yeri olan su satışı məntəqəsi niyə bağlanıb? Əməkdaşlarımız məsələni yerində araşdırıblar. 

Bura Tovuz rayonunun Qovlar şəhəridir. Şəhər və ona yaxın kəndlər içməli suyu pulu ilə alırlar.  Avtomobillər isə şəhər ərazisindəki su satışı məntəqəsindən çənləri doldurub ünvanlara çatdırırdılar. Artıq bir həfətdir ki, həmin satış məntəqəsinin fəaliyyəti 8 nömrəli Regional Sukanal İdarəsinin Tovuz Sukanal Sahəsinin əməkdaşları tərəfindən dayandırılıb.  Sürücülər bildirir ki, qurumdan onlara satış məntəqəsinin qanunsuz olduğu bildirilib. Amma məntəqədə sayğac da var. Üstəlik suyun hər tonu üçün sürücülərdən bir manat  da alınırmış. Sürücülər iddia edirlər, ərazidə su itkisi var. Digər borudan axan suyun da hansı istiqamətdə hansı məqsədlə axması bəlli deyil... Əvvəllər 15 manata gətirilən su indi onlar üçün 40 manata başa gələcək. Ehtiyac var amma onu qarşılayacaq maddi vəziyyət sakinləri narahat edir. Çünki bir bir çox  ailə ay ərzində bir neçə dəfə su almaq məcburiyyətində qalırlar. 8 nömrəli Regional Sukanal İdarəsinin Tovuz Sukanal Sahəsinin qrup rəhbəri İlkin Hüseynov bildirib ki, həmin satış məntəqəsi qanunidir və qrumun balansındadır. Məntəqənin fəaliyyətinin dayandırılmasının əsas səbəbi isə  həmin məntəqəyə gələn borudan əvvəllər  qanunsuz  su xətlərinin çəkilməsidir. Onun sözlərində görə israf olunan suya görə abononetlər vaxtında su ilə təmin edilə bilmir. Məntəqənin fəaliyyət göstərib göstərməməsi isə aparılacaq araşdırmalardan sonra bəlli olacaq. Mövcud problemin yaranmasında və həll edilməməsində qrum və ya sakin məsuliyyətsizliyinin dəqiqləşdirilməsi  qrumun işidir. Görünən odur ki, mövcud vəziyyət belə davam edərsə isti yay günlərində sakinlər su ilə sözün əsl mənasında imtahana çəkiləcəklər.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh