Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Rusiya məhkəməsi 27 mayda Murmansk tələbəsi Rafael Məmmədovu xəyanət və terror təşkilatında iştirak ittihamı ilə 15 il həbs cəzasına məhkum edib.
Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, o, cəzasının ilk üç ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli koloniyada keçirəcək.
Məmmədovun həbsinə onun idarə etdyi "Azad Laplandiya" Telegram kanalı səbəb olub. Belə ki, kanalda memlər, fotoşəkillər, regionun tarixi və mifologiyası haqqında faktlar, eləcə də Rusiya hakimiyyətini tənqid edən və Rusiyanın şimal-qərb bölgələri xalqlarının mədəni kimliyinin qorunması zərurətini müzakirə edən paylaşımlar dərc olunub.
2024-cü ilin noyabr ayında Rusiya Ali Məhkəməsi Baş Prokurorluğun qaldırdığı iddia əsasında "Post-Rusiya Azad Dövlətləri Forumu"nu və "onun 172 struktur bölməsini" "terror təşkilatı" elan edib. FTB reyestrinə görə, onların arasında mövcud olmayan "Azad Laplandiya Hərəkatı" (Kollandiya, Laplandiya Respublikası) da olub.
2025-ci ilin may ayında Məmmədov terrorizm ittihamı ilə həbs olunaraq məhkəməyəqədərki həbsxanaya göndərilib. Məhkəməyə verilməzdən əvvəl o, Arktika Universitetində rəqəmsal sosiologiya ixtisası üzrə üçüncü kurs tələbəsi olub.
2026-cı ilin may ayında Məmmədov dövlətə xəyanətdə ittiham olunub. O, günahsız olduğunu bildirib.
Məlumata görə, həbsdə olduğu müddətdə Məmmədov iki dəfə intihara cəhd edib. Məhkəməyəqədərki həbsdə boynunu və qollarını kəsib, sonra isə daşınma zamanı özünü kəmərlə asmağa cəhd edib. Lakin bütün hallarda mühafizəçilər ona mane olub.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












