50 gündən sonra Günəş tutulması: Harada və nə vaxt izləmək olacaq?

2026-cı il avqustun 12-də Ay Avropanın bir sıra ölkələri üzərində Günəşi tam şəkildə örtəcək. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, "Forbes” nəşrinin məlumatına görə, tam Günəş tutulması Arktikadan Aralıq dənizinə qədər uzanacaq, onun kölgəsi isə Qrenlandiya, İslandiya və İspaniyanın şimal hissəsindən keçəcək.
Məlumata əsasən, Ayın kölgəsi Yer səthində uzunluğu 8 260 kilometrdən, eni isə 293 kilometrədək olan zolaq yaradacaq. Tam tutulma zonasındakı ərazilərdə gündüz işığı təxminən 2,5 dəqiqə ərzində yox olacaq və həmin an Günəş tacını çılpaq gözlə müşahidə etmək mümkün olacaq.
Bu hadisə İspaniyada 1905-ci ildən bəri ilk tam Günəş tutulması olacaq. İslandiyada isə sonuncu belə hadisə 1954-cü ildə qeydə alınıb. Avropanın qalan materik hissəsi tam Günəş tutulmasını sonuncu dəfə 1999-cu ildə müşahidə edib.
Tam tutulmanın ən uzun müddəti – təxminən 2 dəqiqə 17 saniyə – Qrenlandiyanın Skorsbi-Saund bölgəsində gözlənilir.
Tutulmanı izləmək üçün ən əlverişli məkanlar:
* Skorsbi-Saund, Qrenlandiya – 2 dəqiqə 17 saniyəyədək
* Snaefellsnes yarımadası, İslandiya – 2 dəqiqə 9 saniyə
* Reykyanes yarımadası, İslandiya – 1 dəqiqə 46 saniyəyədək
* Reykyavik, İslandiya – 1 dəqiqə
* Leon, İspaniya – 1 dəqiqə 44 saniyə
* Burqos, İspaniya – 1 dəqiqə 44 saniyə
* Ebro deltası, İspaniya – 1 dəqiqə 36 saniyə
* S'Arenal, Mayorka – 1 dəqiqə 35 saniyə
* Saraqosa, İspaniya – 1 dəqiqə 22 saniyə
* A Korunya, İspaniya – 1 dəqiqə 16 saniyə
Bundan əlavə, avqustun 12-si Perseid meteor axınının pik dövrünə təsadüf edir. Bu zaman səmada saatda 100-dək "axan ulduz” müşahidə etmək mümkün olacaq. Beləliklə, səma həvəskarlarını eyni gündə iki möhtəşəm astronomik hadisə gözləyir.
Tam tutulma zonasındakı müşahidəçilər gecə saatlarında İslandiyada görünməyə başlayan qütb şəfəqini də izləyə bilərlər.
Mütəxəssislər təhlükəsiz müşahidə üçün xüsusi Günəş filtri ilə təchiz olunmuş eynəklərdən istifadə etməyi tövsiyə edirlər. Bu eynəkləri yalnız Ayın Günəş diskini tam bağladığı qısa müddətdə çıxarmaq olar. Tam tutulma başa çatdıqdan dərhal sonra onları yenidən taxmaq vacibdir.
Avropanın böyük hissəsində, o cümlədən Ukraynada isə yalnız qismən Günəş tutulması görünəcək.
Başına yol konusu keçirən sürücü belə traktor sürdü – FOTO
Bakının nəqliyyat qovşaqları potensialının nə qədərini istifadə edir? – RƏQƏMLƏR
Avtomobilinə başqa nömrə taxan sürücü 17 min manat cərimələndi - FOTO
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib - FOTOSESSİYA
Tanınmış istehsalçı elektrikə kəskin keçiddən imtina etdi
Bakı tıxacına görə qonşuları arasında neçənci yerdədir? – STATİSTİKA
Məktəb avtobuslarında şagirdləri qoruyan sistem: Avtomobillər dayanır – VİDEO
Azərbaycanda yol tikintisində müasir texnologiyalar necə TƏTBİQ OLUNUR?
Bu düymə yanacaq sərfiyyatına təsir edə bilər – ARAŞDIRMA
Siqaretə görə küsən sərnişin, ayağı havada gedən KAMAZ sürücüsü
Bu avtomobillərdə sükan problemi aşkarlanıb: Kütləvi geri çağırma BAŞLANILDI












