ABŞ-də heyvanlar üçün dünyanın ən böyük körpüsü tikilir - FOTO

ABŞ-nin Kaliforniya ştatında vəhşi heyvanların, eləcə də kəpənəklərin magistral yolu təhlükəsiz şəkildə keçməsini təmin edəcək nəhəng keçidin inşasına artıq 114 milyon dollar xərclənib. Lakin iddialı layihənin tamamlanması hələ də sual altındadır.
Avtosfer.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, heyvanlar üçün dünyanın ən böyük körpüsü olacaq "Annenberg Wildlife Crossing" 10 zolaqlı "US 101" şosesi üzərində ucalır. Layihə 2022-ci ildə qubernator Qevin Nyusom tərəfindən dəstəklənib.
Plana əsasən, bu keçiddən həşəratlardan tutmuş iri yırtıcılara qədər müxtəlif canlılar istifadə edəcək. Layihənin əsas məqsədi parçalanmış təbiət zonalarını birləşdirmək və heyvanların iştirakı ilə baş verən avtomobil qəzalarının sayını minimuma endirməkdir.
Lakin tikinti işləri planlaşdırılan vaxtdan gecikir. Əvvəlcə 2025-ci ilin sonunda təhvil verilməsi nəzərdə tutulan keçidin açılış tarixi 2026-cı ilin payızına keçirilib. Eyni zamanda layihənin maliyyə dəyəri 93 milyon dollardan 114 milyon dollara yüksəlib. Hazırda körpünün konstruksiyası hələ də torpaq sahələri ilə birləşdirilməyib və faktiki olaraq istifadəsiz vəziyyətdədir.
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir














