ABŞ sahillərində onminlərlə naməlum sualtı obyekt qeydə alınıb - FOTO

ABŞ sahillərində onminlərlə naməlum sualtı obyektin qeydə alınması tədqiqatçıları heyrətə salıb. Bu qeyri-adi cisimlərin mənşəyi və təbiəti barədə hələlik heç bir elmi izahat yoxdur.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu qəribə hadisələr barədə "New York Post" nəşri məlumat yayıb.
Uçan naməlum obyektlərlə (UNO) bağlı statistikaları toplayan məşhur "Enigma" proqramı 2022-ci ildən etibarən 30 minə yaxın siqnal qəbul edib. Lakin 2025-ci ilin avqust ayından başlayaraq insanların marağı səmada baş verən hadisələrdən çox, okean dərinliklərindəki anomaliyalara yönəlib.
Qeyd olunan dövr ərzində sahil xəttindən cəmi 10 mil (təqribən 16 kilometr) uzaqlıqda 9 mindən artıq sirli obyektin hərəkəti izlənilib. Mütəxəssislər bu cür cisimləri naməlum sualtı obyektlər adlandırırlar. Şahidlərin sözlərinə görə, həmin aparatlar çox yüksək sürətlə irəliləyir, eyni zamanda sualtı mühitdən havaya və əksinə asanlıqla manevr edirlər.
Qeyri-adi sivilizasiyalardan bəhs edən kitabların müəllifi Kent Hekkenlayveli qeyd edib ki, ABŞ-yə məxsus sualtı skanerlər dərinliklərdə müəmmalı sürətlə üzən obyektləri fiksasiya edir. Onun fikrincə, bu vəziyyət ya mövcud texnologiyamızın bu cür sürətləri dərk etmək iqtidarında olmamasından, ya da avadanlıqların sadəcə "illüziyalar" qeydə almasından irəli gələ bilər.
Hesabatların böyük hissəsi Florida və Kaliforniya ştatlarının payına düşür. Mütəxəssislər və rəsmi şəxslər bu naməlum aparatların milli təhlükəsizlik üçün risk yaratmasından, eləcə də dövlət qurumlarının bəzi faktları ört-basdır etməsindən narahatdırlar.
Xatırladaq ki, Pentaqon bir müddət öncə UNO və ya rəsmi adı ilə "naməlum anomal hadisələr" barədə məxfi arxivlərin bir qismini ictimaiyyətə təqdim etmişdi. Həmin sənədlərə müxtəlif mənbələrdən əldə olunmuş video və foto materiallar da daxil edilmişdi.

Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












