Almaniyada benzinin qiyməti rekord həddə yaxınlaşır

Son aylarda Almaniyada benzinin qiyməti İran ətrafında münaqişənin gərginləşməsi, neft emalı zavodlarının marjalarının artması və logistika problemləri səbəbindən əhəmiyyətli dərəcədə bahalaşıb.
Avtosfer.az xəbər verir ki, “Mobil in Deutschland” avtomobil klubunun hesablamalarına görə, benzinin litri 2,30 avro olduqda bu məbləğin 52,5 faizi dövlət büdcəsinə daxil olur. Yanacağın qiyməti artdıqca Almaniya büdcəsinə daxilolmalar da artır.
Avtomobil sahibləri dörd növ vergi ödəyirlər: enerji vergisi, CO₂ emissiyası vergisi, istixana qazları emissiyası vergisi və əlavə dəyər vergisi (ƏDV).
Klubun rəhbərliyinin bildirdiyinə görə, bu vergi və aksizlər olmasaydı, premium benzinin bir litri 2 avro əvəzinə təxminən 90 sentə başa gələrdi.
“Mobil in Deutschland” ekspertləri qeyd edirlər ki, benzin və dizel yanacağının qiyməti nə qədər yüksək olarsa, dövlət büdcəsinə daxil olan vəsaitin həcmi də bir o qədər artar.
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı












