Ana-bacı söyüşü söyənləri heç bir məsuliyyət gözləmir: Hakimdən ŞOK QƏRAR - FOTO

Məşhur müğənni Şəhriyar Məhərrəmov başına gələn hadisə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Avtosfer.az xəbər verir ki, müğənni ona söyüş söyən şəxslə bağlı məhkəməyə müraciət edib. Lakin hakim onun tələbini təmin etməyib. Onun yazdığı məlumatı olduğu kimi təqdim edirik:
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
"Tez-tez xəbərlərdə eşidirik ki, söyüşə görə kimsə kimisə bıçaqlayıb, öldürüb, döyüb və.s
Hər zaman düşünürdüm ki, niyə cinayət edib axı bu adamlar?
Səni təhqir edirlərsə, qanuni yolla polisə, məhkəməyə müraciət et. Niyə qarşı tərəfi bıçaqlayıb həbsə düşürsən axı.
Nəhayət bu hadisə mənim də başıma gəldi. Bir nəfər məni telefonda ən sərt şəkildə özümü, ailəmi söydü.
Mən isə 102-yə zəng vurdum və gedib polis bölməsində ərizə yazıb şikayət etdim. Düşündüm ki, sənət adamıyam, sivil, mədəni insanam niyə gedib qarşı tərəfi söyüşə görə vurub, cinayət etməliyəm ki? Bu işlə polis, dövlət məşğul olmalıdır. Bütün qanuni prosedurları keçib işi məhkəməyə yönəltdim ki, məhkəmə məni, ailəmi sərt şəkildə təhqir edən, şərəf və ləyaqətimi aşağılayan şəxsə qarşı cəza tədbiri görsün.
Bütün günümü sərf etdim məhkəməyə ki, mən bu ölkədə ədalətin, qanunun olub olmadığına əmin olmamlıyam. İşə baxan Yasamal rayon məhkəməsinin hakimi Rauf Daşdəmirov məhkəmə prosesi zamanı bildirdi ki, mən söyüş işinə baxmıram. Gedin nə edirsiniz edin.
Mən sənin şərəf və ləyaqətini qoruya bilmərəm. Söyüşə görə qanunvericilikdə ittiham və cəza nəzərdə tutulmur.
Beləcə söyüş söyən şəxs mənim və hakimin üzünə gülərək, heç bir cəza almadan zaldan çıxıb getdi.
Çıxanda da dedi ki, gördün, sənə dedim get hara istəyirsən şikayət et.
Məsələ burasındadır ki, məni təhqir edən şəxs "Dövlətin qanununu da söymüşdü" səs yazısını da hakimə vermişdim.
Bax belə dostlar, indi dərk etdim ki, Azərbaycanda əksər insanlar söyüşə görə niyə qanuni yola əl atmayıb qanunsuz yola əl atırlar.
Buradan qanunu bilməyənlərə demək istəyirəm ki, qanunvericiliklə söyüşə görə məsuliyyət və cəza yoxdu. Yalnız o halda olur ki, söyüş söyən şəxs publik şəkildə, ictimai yerdə camaat arasında bunu etsin. Yox əgər kimsə sizi ikilikdə, öz aranızda ananıza, bacınıza, arvadınıza və.s hər cürə söyüş söyərsə bunun cavabını siz özünüz qeyri qanuni yolla verməyə məcbursunuz.
Qanundakı boşluqlar və hakim ədalətsizliyi sizi cinayət etməyə məcbur edir. Onu qeyd edim ki, şəxsin ünvanıma səsləndirdiyi bütün söyüşlərin səs yazısını məhkəmədə hakimə qulaq asdırdım, dedim ki, cənab hakim sizi bax bu şəkildə söysələr neyləyərsiniz? Heç nə demədi.
Məsələ burasındadır bu işlərdə polisin çox səlahiyyəti yoxdu. Polis yüksək səviyyədə öz üzərinə düşən işi gördü, işi inzibati qaydada protokollaşdırıb məhkəməyə yönəltdi".



Şəhər küçələri elə salınmalıdır ki, sürətli hərəkət mümkün olmasın - EKSPERT
Sumqayıtın 50 il əvvəlki nəqliyyat sistemi indiki tələblərə necə uyğunlaşdırılıb? – ARAŞDIRMA - FOTO
192 sərnişin bilet aldı, təyyarə isə boş getdi
Bu avtomobillər uzaq məsafələrə səfərlərdə sizi yolda qoymayacaq – ARAŞDIRMA - FOTOSESSİYA
Maşını sürməsəniz də, illik 8 mindən çox xərc çəkə bilərsiz - ARAŞDIRMA
İslam Səfərli küçəsində hansı dəyişikliklər edilməlidir? – EKSPERT RƏYİ - FOTO
"8888" nömrəli lüks Mercedes Çində dəfn olundu - VİDEO
Çin yeni yanacağa sərmayə qoyur – 4 MANATA 116 KİLOMETR
Taksi sürücüsünün üsyanı: Dərdinizi mənə yox, ona danışın - FOTO
Limit yoxdur, amma almanlar sürmürlər – SƏBƏB - FOTO
Rəqqasə Fatimə Bakı metrosunda görün neylədi – VİDEO










