Avtobuslar şəhər yollarında niyə prioritet olmalıdır? – İZAH - FOTO

Şəhər nəqliyyatında avtobuslara və digər ictimai nəqliyyat vasitələrinə prioritet verilməsi son illər daha çox müzakirə mövzusuna çevrilib. Bir qrup sürücü bunun haqsızlıq olduğunu iddia etsə də nəqliyyat mütəxəssisləri bildirirlər ki, ictimai nəqliyyatın üstünlüyü tıxacların azalması və şəhər mobilliyinin yaxşılaşması üçün həlledici amildir.
Avtosfer.az xəbər verir ki, urbanistlər və nəqliyyat üzrə ekspertlər məsələni geniş şəkildə izah edərək bildiriblər ki, ictimai nəqliyyatın prioritetləşdirilməsi sürücülərə qarşı deyil, ümumi yol hərəkəti təhlükəsizliyi və şəhər mobilliyi üçündür.
Ekspertlər şəhər məkanının dəyərli resurs olduğunu vurğulayır. Bir avtobus şəhər küçəsində cəmi 2-3 avtomobil qədər yer tutsa da 50-80 sərnişin daşıya bilir. Bu baxımdan yol sahəsinin optimal bölüşdürülməsi üçün avtobus zolaqları zəruri hesab olunur. “Əgər məkan məhduddursa, ən çox insan daşıyan nəqliyyat vasitəsi üçün daha səmərəli mühit yaradılmalıdır”, – ekspertlər bildirirlər.
Digər bir mühüm məqam isə sürücülərin azı 20-30 faizinin bəzi marşrutlarda avtomobildən imtina edərək avtobusla hərəkət etməsi nəticəsində tıxacların ciddi şəkildə azalmasıdır. Bununla həm yollarda sıxlıq azalır, həm də ümumi hərəkət tempi yüksəlir.
Mütəxəssislər həmçinin vurğulayırlar ki, avtomobil sayının çoxluğu şəhərə ciddi ziyan vurur. Ekoloji vəziyyət ağırlaşır, səs-küy artır, iqtisadi itkilər yaranır. Sərnişinlərin daha sürətli və alternativ mobillik imkanları, avtobus zolaqları, velosiped infrastrukturu, mikromobillik yolları, şəhər daxilində daha effektiv hərəkəti təmin edir.

Ekspertlərin sözlərinə görə, avtomobil daha komfortlu nəqliyyat vasitəsi ola bilər, lakin pik saatlarda ictimai nəqliyyatdan istifadə edənlərin çoxu ayaqüstə gedir və tıxaclarda saatlarla qalmamaq üçün onlara daha sürətli hərəkət imkanı yaradılmalıdır. Bu, sosial ədalət prinsipinə də uyğundur.
Urbanistlər bildirirlər ki, “nəqliyyat ekspertləri sürücülərin düşməni deyil”. Onlar özlərinin də avtomobil sürdüyünü, məsələni şəxsi mövqe ilə deyil, iş prinsipi üzrə qiymətləndirdiklərini qeyd ediblər. “Bu şəhərdə hər kəs avtomobil sürmək istəsə, fiziki olaraq mümkün deyil. Şəhərin sahəsi məhduddur, yolları sonadək genişləndirmək çıxış yolu deyil. Bakı-Sumqayıt yolunun defələrlə genişləndirilməsi də problemləri tam aradan qaldırmadı”, – mütəxəssislər bildirirlər.
Bəzi vətəndaşlar ictimai nəqliyyatın köhnə, gecikən və bəzən həddindən çox dolu olduğunu əsas gətirərək ondan istifadə etmədiklərini deyirlər. Ekspertlər isə hesab edir ki, məhz avtobuslara prioritet verilməsi bu problemlərin həllinə təkan verir. Avtobus daha sürətli və tıxacsız hərəkət etdikcə, sərnişin axını artır və nəticədə xidmət keyfiyyətinin yüksəldilməsi üçün real ehtiyac yaranır.
Mütəxəssislər sonda qeyd edirlər ki, ictimai nəqliyyatın gücləndirilməsi həm sürücülər, həm sərnişinlər, həm də şəhərin ümumi inkişafı üçün zəruri addımdır.
Eltac Zülfüqaroğlu
Gədəbəydə maraqlı toy karvanı - VİDEO
Bakıda retro maşınlarından ibarət toy korteji - VİDEO
İtdən maraqlı hərəkət: Eskalatora minərək yolu keçdi – VİDEO
Bakıda səs-küy problemi niyə artır? – Ekspert AÇIQLADI
Bu avtomobildə yanacaq çəni ön oturacağın altındadır – SƏBƏB?
Avtomobillərdə illərdir istifadə olunan sistem dəyişdirilir – Geri ötürmədə YENİLİK
Yanacaq işığı yandıqdan sonra avtomobil neçə kilometr gedə bilər? – ARAŞDIRMA
Kim Çen Inın babasını xilas edən şəxsin adı körpüyə verildi - FOTO
Benzinli, yoxsa elektrikli avtomobil daha sərfəlidir? - Nəticələr hər kəsi təəccübləndirdi
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama - VİDEO
Təkərin havası azaldıqda yanacaq sərfiyyatı artır? – ARAŞDIRMA










