Azərbaycanda ən çox ziyarət olunan muzeylər - FOTO

Azərbaycanda son illər mədəni irsə marağın artması muzeylərə üz tutan ziyarətçilərin sayında da özünü göstərir. Həm yerli sakinlər, həm də xarici turistlər tarixi, incəsənəti və milli dəyərləri daha yaxından tanımaq üçün ölkəmizin muzeylərini ziyarət edirlər.
Bəs geridə qoyduğumuz il ərzində ölkəmizdə yerləşən muzeylərdən ən çox ziyarət olunan hansılardır?
Mədəniyyət Nazirliyindən bildirilib ki, ziyarətçi sayına görə ilk sırada Qobustan Milli Tarix-Bədii Qoruğu qərarlaşıb. Qayaüstü rəsmləri və qədim insan məskənləri ilə tanınan qoruq il ərzində 197 647 nəfər tərəfindən ziyarət olunub. Bu göstərici Qobustanın həm yerli, həm də xarici turistlər üçün xüsusi maraq daşıdığını göstərir.
.png)
İkinci ən çox ziyarət olunan Azərbaycan Milli Xalça Muzeyidir. Unikal memarlıq üslubu və zəngin xalça kolleksiyası ilə seçilən muzeyi 154 605 ziyarətçi gəzib. Bu məkan sadəcə daxili ilə deyil, elə xarici görünüşü ilə də diqqət çəkir və şəhərə xüsusi gözəllik verir.
.png)
Siyahının növbəti pilləsində Azərbaycan Milli İncəsənət Muzeyi qərarlaşıb. Belə ki, il ərzində bu muzey 44 424 ziyarətçi qəbul edib.
.png)
Milli Azərbaycan Tarixi Muzeyinə isə 30 507 nəfər ziyarət üçün gəlib.
.png)
Bülbülün Şuşadakı ev-muzeyi də ziyarətçi axını ilə seçilib. Qarabağa səfər edənlər buranı görmədən geri qayıtmırlar. Muzeyi 12 372 nəfər ziyarət edib.
.png)
Siyahını Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tamamlayır. Belə ki, bu məkana 10 952 ziyarətçi baş çəkib.
.png)
Muzeylər yaddaşı qoruyan məkan olmaqla yanaşı, milli kimliyin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır. Muzeylərə artan maraq təkcə statistik deyil, eyni zamanda, cəmiyyətin öz keçmişinə və mədəni irsinə münasibətinin göstəricisidir.(qafqazinfo)









Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA












