Azərbaycanda gizli şəhər tapıldı: İçindən görün nələr çıxdı – VİDEO

Xəzərin suları altında qalan qədim Şəhri-Gürgan şəhərinin izlərinin araşdırılması istiqamətində aparılan sualtı tədqiqatlar zamanı yeni arxeoloji materiallar aşkarlanıb.
Avtosfer.az xəbər verir ki, AZTV-nin hazırladığı eksklüziv reportaj zamanı arxeoloq və dalğıcların iştirakı ilə aparılan yeni qazıntı işləri lentə alınıb. Tədqiqatlar zamanı orta əsrlər dövrünə aid saxsı qab nümunələri və digər arxeoloji materiallar üzə çıxarılıb.
Bir vaxtlar Şirvanşahlar dövlətinin mühüm dəniz limanlarından biri olan Şəhri-Gürgan şəhəri Xəzərin sularının qalxması nəticəsində su altında qalıb. Ərazidə aparılan əvvəlki araşdırmalar zamanı XII–XIV əsrlərə aid müxtəlif arxeoloji materiallar aşkarlanıb.
Şəhri-Gürganın yerləşdiyi ərazi digər tarixi abidələrlə də zəngindir. Burada XIX əsrə aid Abşeron mayakı, eləcə də 4–5 min illik tarixə malik kurqanlar yerləşir. Tədqiqatların davam etdirilməsi nəticəsində Xəzərin suları altında qalan qədim şəhərin tarixi və onun orta əsrlərdəki əhəmiyyəti ilə bağlı yeni izlərin üzə çıxarılması gözlənilir.
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












