Azərbaycanda neçə kilometr avtomobil və dəmir yolu var? – Maraqlı STATİSTİKA

Azərbaycanda nəqliyyat infrastrukturunun genişləndirilməsi və müxtəlif nəqliyyat növləri arasında əlaqələrin gücləndirilməsi ölkənin logistika imkanlarının inkişafında mühüm rol oynayır. Hazırda ölkənin avtomobil yollarından dəmir yollarına, magistral boru kəmərlərindən hava və dəniz limanlarına qədər çoxşaxəli nəqliyyat şəbəkəsi mövcuddur.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev Azərbaycanın nəqliyyat infrastrukturunun əsas göstəricilərini açıqlayıb. Ekspertin sözlərinə görə, ölkədə avtomobil yollarının ümumi uzunluğu 21 249,5 kilometr təşkil edir.

Dəmir yollarının ümumi uzunluğu isə 2 958 kilometrdir. Bunun 2 137 kilometri istismar uzunluğunun payına düşür. Dəmir yolu şəbəkəsinin əhəmiyyətli hissəsi ikiyollu xətlərdən ibarətdir.
Rauf Ağamirzəyev bildirib ki, Azərbaycanın nəqliyyat sistemində magistral boru kəmərləri də xüsusi əhəmiyyət daşıyır. Ölkədə onların ümumi uzunluğu 4 600 kilometrdən çoxdur. Bu kəmərlər neft və qazın həm ölkə daxilində, həm də beynəlxalq istiqamətlər üzrə daşınmasını təmin edir.
Bundan başqa, Azərbaycanda 9 beynəlxalq hava limanı və 7 dəniz limanı fəaliyyət göstərir.
Ekspert qeyd edib ki, bu göstəricilər Azərbaycanın avtomobil, dəmir yolu, boru kəməri, hava və dəniz nəqliyyatını əhatə edən çoxşaxəli nəqliyyat infrastrukturuna malik olduğunu göstərir.
Müxtəlif nəqliyyat növlərinin vahid sistem daxilində inkişaf etdirilməsi Azərbaycanın regional tranzit və logistika imkanlarının daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












