Azərbaycanda taksi şirkətinə fantastik məbləğdə cərimə yazıldı – Məhkəmə qərarı

Azərbaycanda fəaliyyət göstərən taksi şirkəti külli miqdarda cərimə edilib.
Avtosfer.az xəbər verir ki, “Milli Taxi” MMC 40 min manat cərimələnib. Qeydiyyata alınmadan taksi fəaliyyəti göstərən şirkət Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən icazəsiz taksi sifarişi operatoru kimi fəaliyyət göstərən şirkətin cərimələnməsi üçün protokol yazılaraq məhkəməyə təqdim edilib. Yasamal rayon Məhkəməsi “Milli Taxi” MMC-nin 40 min manat cərimələnməsi barədə qərarı haqlı saysa da, şirkət bu dəfə də qərardan narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə üz tutub. Apellyasiya Məhkəməsi şirkətin İnzibati Xətalar Məcəlləsinin 326-2.1-ci maddəsi ilə - icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərmə qaydasını pozmaqda təqsirli bilinməsini əsaslı sayıb. Belə ki, 2025-ci ilin 24 aprel tarixində keçirilən prosesdə Yasamal Rayon Məhkəməsinin daha əvvəl – 18 mart 2025-ci il tarixində çıxardığı qərarı qüvvədə saxlanılıb.
Fidan
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












