Azərbaycanda yetişir, amma ən çox fransızlar yeyir

Azərbaycanda, xüsusilə Abşeron yarımadasında yetişdirilən keçibuynuzu (harnup) və ondan hazırlanan bəhməz uzun illərdir yerli mətbəxdə və xalq təbabətində istifadə olunur. Ölkəmizdə yetişdirilsə belə, bu bitki geniş sənaye miqyasında becərilmir, lakin qardaş Türkiyə keçibuynuzu istehsalı və ixracında regionun əsas ölkələrindən biridir. Məhz bu məhsula Avropa bazarında artan maraq Türkiyə istehsalçıları üçün yeni imkanlar yaradıb.
Avtosfer.az nocomment.az-a istinadla xəbər verir ki, bu bitki son illərdə Avropa bazarında daha böyük maraq görür. Xüsusilə Fransada bu məhsula tələbat sürətlə artır.
İstehsalçılar bildirirlər ki, Türkiyədə yetişdirilən keçibuynuzunun böyük hissəsi emal olunaraq xaricə göndərilir və ən böyük alıcılardan biri Fransadır. Məlumata görə, Türkiyədə istehsal olunan keçibuynuzu əsasən Mersin və Antalya bölgələrində yetişdirilir. Məhsulun əhəmiyyətli hissəsi Fransa başda olmaqla Avropa ölkələrinə ixrac edilir. İstehsalçılar bildirirlər ki, Fransa bazarında həm keçibuynuzu meyvəsinə, həm də ondan hazırlanan un, bəkməz və digər məhsullara maraq ildən-ilə artır.
Mütəxəssislərin sözlərinə görə, keçibuynuzu yüksək lif tərkibi, təbii şəkəri və antioksidantları ilə seçildiyi üçün sağlam qidalanmaya üstünlük verən istehlakçılar tərəfindən daha çox seçilir. Məhsul qənnadı sənayesində, içkilərin hazırlanmasında və qlütensiz qida məhsullarının istehsalında da geniş istifadə olunur.
Sektor nümayəndələri bildirirlər ki, Avropadan gələn yüksək tələbat ixracın artmasına şərait yaradıb. Bununla yanaşı, Yaxın Şərq və Asiya bazarlarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində də işlər davam etdirilir. Onların sözlərinə görə, keçibuynuzunun emal olunmuş məhsullarının ixracı əlavə gəlir yaratdığı üçün gələcəkdə bu sahəyə investisiyaların artırılması planlaşdırılır.
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












