Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqəti olaraq Bakıya köçürüb. Sonrakı dövrlərdə də Şamaxı mühüm inzibati və mədəni mərkəz kimi öz əhəmiyyətini qoruyub.
Şamaxı yenidən paytaxt ola bilər? Yaxud, bir neçə böyük qurumları bu şəhərə köçürmək mümkündür?
Avtosfer.az xəbər verir ki, danışan deputat Azər Allahverənov deyib ki, bu məsələ ilə bağlı müxtəlif ixtisaslaşmış dövlət orqanları konkret şəkildə rəy bildirməsələr də, ayrı-ayrı qurumların və təhsil müəssisələrinin regionlara köçürülməsi kimi məsələlər daim müzakirə olunur:
“Bu baxımdan bir neçə şəhərin adı vaxtaşırı gündəmə gətirilir. Onların arasında Şamaxının da müəyyən üstünlükləri var. Məsələn, Şamaxının Bakıya yaxınlığı, paytaxt funksiyalarının həyata keçirilməsi üçün müəyyən imkanlarının olması, həmçinin relyefi və digər amillər nəzərə alına bilər. Bununla yanaşı, Yevlax, Xankəndi və Gəncə kimi şəhərlərin adları da bu istiqamətdə aparılan müzakirələr zamanı qeyd olunur. Hər bir şəhərin özünəməxsus və güclü tərəfləri var. Bu məsələyə siyasi aspektdən yanaşdıqda nəzərə almaq lazımdır ki, paytaxt istənilən dövlətin siyasi mərkəzi və əsas idarəetmə məkanıdır. Tarixi baxımdan bəli, Şamaxı Şirvanşahların paytaxtı olub, amma Azərbaycan ərazisində fəaliyyət göstərən müxtəlif dövlətlərin paytaxtları sırasında Bərdə və Qəbələ də olub. Bu baxımdan, tarixi və paytaxt prinsipi ilə yanaşdıqda, Azərbaycan ərazisindəki müxtəlif şəhərlərin bu məsələ üzrə müzakirəyə çıxarılması üçün müəyyən əsaslar var”.
Deputat bildirib ki, məsələnin siyasi aspektləri ilə yanaşı, iqtisadi, infrastruktur və digər tərəfləri də mövcuddur:
“Paytaxtın köçürülməsi, yeni paytaxtın salınması olduqca ağır və mürəkkəb prosesdir. Məsələn, Qazaxıstanın paytaxtı Astananın yaradılması zamanı ilkin mərhələdə bu məqsədlə təqribən 8 milyard ABŞ dolları həcmində vəsaitin xərclənəcəyi nəzərdə tutulurdusa, paytaxt tam istifadəyə verilən zaman bu məbləğ 16 milyard dolları keçdi. Sonrakı illərdə də şəhərin inkişafına daha çox vəsait yatırıldığını görürük. Müasir dövrün tələblərinə uyğun yeni paytaxtın qurulması üçün vaxt, maddi resurslar, iqtisadi imkanlar və digər sahələrin bu prosesə uyğunlaşdırılması tələb olunur. Bu isə kifayət qədər ağır və mürəkkəb prosesdir. Ona görə də məsələyə dair hər hansı yekun fikir söyləməzdən əvvəl çoxsaylı amillər və prosesin müxtəlif aspektləri nəzərdən keçirilməlidir. Bu, kifayət qədər dərin araşdırma tələb edən məsələdir”./.globalinfo
35 yaşlı qadın sərnişin avtobusuna "ərə getdi" - Bu ölkədə - FOTO
Almaniyada pivə 5 dəfə bahalaşıb
Yeni pişik növü tapıldı – 100 İLDƏ İLK - FOTO
Pişik avtomobil qaçırdı - VİDEO
Tıxac üçün hazırlanmış qeyri-adi maşın: Bir düymə ilə 2,7 metr hündürlüyə qalxır – FOTO
Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA
Cəmi bir ədəd istehsal olunan bu avtomobil 2 milyon manatdan baha satıldı - FOTO
Beynəlxalq təşkilat uçuşların təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA










