Banner

Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO

Maraqlı 12 Noyabr 2026 11:30
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakı funikulyorunun fəaliyyəti şəhərin maraqlı nəqliyyat sistemlərindən biridir. Tonlarla ağırlığında olan vaqonların dik yamac boyunca hərəkəti ilk baxışdan mürəkkəb görünsə də, burada enerjiyə qənaət etməyə imkan verən ağıllı mexanizmdən istifadə olunur.

Avtosfer.az xəbər verir ki, Bakı funikulyorunun iş prinsipi iki vaqonun polad kanat vasitəsilə bir-birinə bağlanmasına əsaslanır.

Sistem elə qurulub ki, vaqonlardan biri yoxuş aşağı hərəkət edərkən digəri yoxuş yuxarı qalxır. Beləliklə, aşağı enən vaqonun çəkisi digər vaqonun yuxarı qaldırılmasına kömək edir. Bu qarşılıqlı hərəkət elektrik mühərrikinin üzərinə düşən yükü əhəmiyyətli dərəcədə azaldır və enerji sərfiyyatına qənaət etməyə imkan verir.

Başqa sözlə, sistemdə hər iki vaqonun hərəkəti bir-biri ilə əlaqələndirilib. Elektrik mühərriki isə əsasən hərəkət zamanı yaranan müqaviməti dəf etmək və enerji balansını təmin etmək üçün işləyir.

Qeyd edək ki, bu mexanizm funikulyor sistemlərinin əsas iş prinsiplərindən biridir.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://bax.tv/sosial-xeberler/baki-funikulyorunun-maraqli-is-prinsipi-iki-vaqon-bir-birine-nece-komek-edir-228757

 

 

Oxunub : 224
ŞƏRH YAZ
Ad

E-mail

Şərh