Bakıda” Ayfon 17″ niyə bu qədər baha satılır? – Görün səbəb nə imiş…

Azərbaycanda “Ayfon 17 Pro” (256 GB) modelinin qiyməti dünyanın bir çox ölkəsi ilə müqayisədə xeyli yüksəkdir. Araşdırmaya əsasən, cihaz Azərbaycanda təxminən 1 875 ABŞ dollarına satılır, ABŞ-da isə 1 181 dollara təklif olunur. Bu da qiymətin Azərbaycanda təxminən 59 faiz daha yüksək olduğunu göstərir.
Məlumata görə, “Ayfon 17 Pro”nun ən baha satıldığı ölkə Türkiyədir ki, burada cihazın qiyməti 2 592 ABŞ dollarına çatır.
Azərbaycanda qiymətlərin bu qədər baha olmasının əsas səbəbi nədir?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, Azərbaycanda qiymətlərin yüksək olmasının əsas səbəblərindən biri mobil telefonlara tətbiq olunan vergi və rüsumlardır:

“Telefonların ölkəyə idxalı zamanı 15 faiz gömrük rüsumu və 18 faiz əlavə dəyər vergisi (ƏDV) tətbiq edilir. Bu vergilər ardıcıl qaydada hesablandığı üçün ümumi vergi yükü təxminən 35-36 faizə çatır. Bununla yanaşı, IMEI qeydiyyatı və digər idxal-xidmət xərcləri də son satış qiymətinə əlavə olunur. Nəticədə bütün bu xərclər telefonların Azərbaycanda daha baha satılmasına səbəb olur”.
İqtisadçı bildirib ki, Azərbaycan mobil telefon istehsal edən ölkə olmasa da, idxal olunan hər bir telefondan vergi və rüsumlar hesabına əhəmiyyətli gəlir əldə edir:
“Bu baxımdan, bazarda qiymətlərin yüksək olmasının əsas səbəbi məhz vergi yükü, gömrük rüsumları və qeydiyyat xərcləridir”.
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord












