Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb? - 10 minlik ziyan

Bakıda evakuatorla içi dolu konteyneri oğurlayan şəxsə hökm oxunub.
Avtosfer.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, oğurluq hadisəsi Qaradağ rayonu, Bakı-Salyan şosesinin 25-ci km-də baş verib.
Oğurluqda şübhəli qismində 1994-cü il təvəllüdlü Ruslan Vəliyev (soyad şərti) saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi açılıb.
Məlum olub ki, Ruslan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeçiliyində fəaliyyət göstərən və yol-körpü tikinti işləri ilə məşğul olan şirkətə məxsus, qapısı kilidlə bağlı vəziyyətdə və içərisində 2 000 manat dəyərində təmir alətləri olan dəyəri 8 000 manatlıq dəmir konteyneri oğurlayaraq, zərərçəkmişə ümumilikdə 10 000 manat ziyan vurub.
Ruslan, həmçinin başqa bir şirkətə məxsus 20 sot torpaq sahəsində quraşdırılmış 1700 manatlıq dəmir konteynerin içərisindən hər biri 20 manat olmaqla 5 ədəd bel, hər biri 50 manat olan iki ədəd əl arabası, qiyməti 100 manat olan 100 metr uzunluğunda rezin boru və bəzi geyim əşyalarını oğurlayıb.
Ruslan iki konteyneri evakuatorla apararaq Dərnəgül bazarı adlanan yerdə əvvəllər tanımadığı metal qəbulu işinə baxan şəxsə birini 1400 manata, digərini isə 400 manata satıb.
O, oğurluğu törətməzdən əvvəl evakuator xidmətinə müraciət edərək guya ona məxsus konteynerin daşınması üçün sürücü sifariş verib. Sifarişlə hadisə yerinə gedən sürücülər sözügedən konteynerləri Ruslanın sifarişi ilə götürüb, metal qəbulu olan yerə aparıblar.
Məhkəmənin qərarı ilə Ruslan 2 il 10 ay 13 gün müddətinə azadlıqdan məhrum edilib.
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord












