Bakıda sürücülər arasında xoş ünsiyyət - Bu dəfə dava yox, təşəkkür edildi - VİDEO

Paytaxtda avtomobil sürücüsünün motosiklet sürücüsünə göstərdiyi bu nümunəvi davranış sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyənləri təəccübləndirib.
Avtosfer.az xəbər verir ki, hadisə Yasamal rayonu Mətbuat dairəsində baş verib. Belə ki, 90-RC-855 nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü sol zolaqdan yaxınlaşan motosiklet sürücüsünü vaxtında fərq edərək onun daha rahat və təhlükəsiz keçidi üçün avtomobilinin yan güzgüsünü qatlayıb. Bu addım motosikletçinin dar məsafədən maneəsiz keçməsinə şərait yaradıb.
Hadisədən sonra motosiklet sürücüsü avtomobil sahibinə təşəkkürünü bildirib. O qeyd edib ki, kaş bütün sürücülər bu cür anlayışlı və diqqətli olsunlar: “Biz motosikletə kefimizdən səhər tezdən minmirik. İşə getdiyimiz, ailəmizi dolandırdığımız üçün bu nəqliyyat vasitəsini seçirik. Belə davranışlar bizim üçün həm təhlükəsizlik, həm də böyük mənəvi dəstəkdir”.
Sosial şəbəkə istifadəçiləri də görüntülərə müsbət reaksiya verərək, bu cür qarşılıqlı hörmətin yollarda gərginliyi azaltdığını, həm avtomobil, həm də motosiklet sürücüləri üçün riskləri minimuma endirdiyini vurğulayıblar. Xüsusilə paytaxt kimi sıx nəqliyyat axını olan şəhərlərdə sürücülərin bir-birinə anlayışla yanaşması yol hərəkəti mədəniyyətinin formalaşmasında mühüm rol oynayır.
Qeyd edək ki, bu kimi müsbət nümunələrin artması yollarda təhlükəsizliyin təmin olunmasına və sürücülər arasında sağlam münasibətlərin qurulmasına ciddi töhfə verə bilər.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












