Bakıda sürücülər arasında xoş ünsiyyət - Bu dəfə dava yox, təşəkkür edildi - VİDEO

Paytaxtda avtomobil sürücüsünün motosiklet sürücüsünə göstərdiyi bu nümunəvi davranış sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyənləri təəccübləndirib.
Avtosfer.az xəbər verir ki, hadisə Yasamal rayonu Mətbuat dairəsində baş verib. Belə ki, 90-RC-855 nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü sol zolaqdan yaxınlaşan motosiklet sürücüsünü vaxtında fərq edərək onun daha rahat və təhlükəsiz keçidi üçün avtomobilinin yan güzgüsünü qatlayıb. Bu addım motosikletçinin dar məsafədən maneəsiz keçməsinə şərait yaradıb.
Hadisədən sonra motosiklet sürücüsü avtomobil sahibinə təşəkkürünü bildirib. O qeyd edib ki, kaş bütün sürücülər bu cür anlayışlı və diqqətli olsunlar: “Biz motosikletə kefimizdən səhər tezdən minmirik. İşə getdiyimiz, ailəmizi dolandırdığımız üçün bu nəqliyyat vasitəsini seçirik. Belə davranışlar bizim üçün həm təhlükəsizlik, həm də böyük mənəvi dəstəkdir”.
Sosial şəbəkə istifadəçiləri də görüntülərə müsbət reaksiya verərək, bu cür qarşılıqlı hörmətin yollarda gərginliyi azaltdığını, həm avtomobil, həm də motosiklet sürücüləri üçün riskləri minimuma endirdiyini vurğulayıblar. Xüsusilə paytaxt kimi sıx nəqliyyat axını olan şəhərlərdə sürücülərin bir-birinə anlayışla yanaşması yol hərəkəti mədəniyyətinin formalaşmasında mühüm rol oynayır.
Qeyd edək ki, bu kimi müsbət nümunələrin artması yollarda təhlükəsizliyin təmin olunmasına və sürücülər arasında sağlam münasibətlərin qurulmasına ciddi töhfə verə bilər.
Eltac Zülfüqaroğlu
Bakının nəqliyyat qovşaqları potensialının nə qədərini istifadə edir? – RƏQƏMLƏR
Avtomobilinə başqa nömrə taxan sürücü 17 min manat cərimələndi - FOTO
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib - FOTOSESSİYA
Tanınmış istehsalçı elektrikə kəskin keçiddən imtina etdi
Bakı tıxacına görə qonşuları arasında neçənci yerdədir? – STATİSTİKA
Məktəb avtobuslarında şagirdləri qoruyan sistem: Avtomobillər dayanır – VİDEO
Azərbaycanda yol tikintisində müasir texnologiyalar necə TƏTBİQ OLUNUR?
Bu düymə yanacaq sərfiyyatına təsir edə bilər – ARAŞDIRMA
Siqaretə görə küsən sərnişin, ayağı havada gedən KAMAZ sürücüsü
Bu avtomobillərdə sükan problemi aşkarlanıb: Kütləvi geri çağırma BAŞLANILDI
Avtomobil sürmə təlimində yaş məhdudiyyəti neçədir? – AÇIQLAMA - VİDEO











