Bakıda taksi sürücüsünün qeyri-adi tələbləri sərnişinləri təəccübləndirdi – FOTO

Bakıda taksi sürücüsünün avtomobilinin oturacağının arxasına yapışdırdığı qeyri-adi tələblər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, sürücü sərnişinlərin davranış qaydaları ilə bağlı öz qaydalarını yazaraq onların bu şərtlərə əməl etməsini istəyib.
Qaydalarda “qapını asta örtün”, “yemək qadağandır”, “uşağa tərbiyə verin”, “telefonla danışmaq olmaz”, “asta danışın”, “maşında 2 qapı var”, “müddətdən artıq gözləməyin dəqiqəsi 50 qəpikdir”, “10 kq-dan artıq yükün kiloqramı 1 AZN-dir” kimi qeydlər əksini tapıb.

Sosial şəbəkə istifadəçiləri sürücünün bu yanaşmasını birmənalı qarşılamayıb. Bir qisim bunu sərnişinlərə qarşı hörmətsizlik kimi dəyərləndirərək narazılığını bildirib, digərləri isə qaydaların müəyyən qədər əsaslı olduğunu vurğulayıb.
Mütəxəssislər qeyd edirlər ki, taksi sürücülərinin müəyyən tələblər irəli sürməsi normal sayılsa da bu, sərnişinlərin hüquqlarını məhdudlaşdırmamalı, xidmət keyfiyyətinə xələl gətirməməlidir. Onların fikrincə, hər iki tərəf — həm sürücü, həm də sərnişin qarşılıqlı hörmət prinsiplərinə riayət etməlidir.
Eltac Zülfüqaroğlu
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır













