Bakıda təcili yardım sürücüsünün çətin anları belə GÖRÜNTÜLƏNDİ - VİDEO

Sosial şəbəkələrdə yayılan görüntülər bir daha göstərdi ki, təcili tibbi yardım sürücüsünün işi həm böyük məsuliyyət, həm də yüksək peşəkarlıq tələb edir.
Avtosfer.az xəbər verir ki, sürücünün paylaşdığı görüntülərdə hipotonik vəziyyətdə olan xəstənin yaşadığı ünvandan təcili şəkildə xəstəxanaya çatdırılması əks olunub. Kadrlardan görünür ki, sürücü yollardakı sıx nəqliyyat axınına, müxtəlif maneələrə və təhlükəli məqamlara baxmayaraq, maksimum diqqət və peşəkarlıq nümayiş etdirərək xəstəni qısa zamanda tibb müəssisəsinə çatdırmağa nail olub.
Sürücünün operativ və məsuliyyətli davranışı, eyni zamanda digər hərəkət iştirakçılarına ehtiyatla yanaşması sosial şəbəkə istifadəçilərinin rəğbətini qazanıb. Bir çox istifadəçi belə sürücülərin çətin şəraitdə həyat qurtarmaq üçün vaxtla yarışdıqlarını vurğulayaraq, onların əməyinin yüksək qiymətləndirilməli olduğunu qeyd edib.
Bu cür görüntülər bir daha xatırladır ki, təcili tibbi yardım avtomobilinə yol vermək təkcə qanunun tələbi deyil, həm də kiminsə həyatını xilas edə biləcək vacib bir addımdır.
Eltac Zülfüqaroğlu
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












