Bakının ən bahalı evləri bu küçələrdədir - Kvadratı 17 min manat - VİDEO

Paytaxtın bəzi küçələrində mənzillərin bir kvadratmetri 17 min manatdan da bahadır. Məsələn, Nəsimi rayonu, Neftçilər prospektində mənzilin 1 kv metri 17550 manata təklif olunur.
Avtosfer.az xəbər verir ki, paytaxtda mənzil sahibi olmaq istəyənlər üçün ən bahalı ünvanlar bəlli olub. Qiymətləndiricilər Cəmiyyətinin araşdırmasına görə, siyahıya Nəsimi rayonu, Neftçilər prospekti başçılıq edir. Burada bir kvadratmetr üçün tələb olunan məbləğ orta statistik mənzil qiymətini dəfələrlə üstələyir.
Qiymətlər onu deməyə əsas verir ki, Səbail, Nəsimi və Yasamal rayonları bahalı mənzil reytinqində üstünlüyünü qoruyur. Məsələn, Üzeyir Hacıbəyli küçəsində qiymət 14 min manatdan çoxdursa, Ağ şəhər layihəsində bu rəqəm 8 min manatı keçir. İstiqlaliyyət, Əhməd Cavad və Əziz Əliyev kimi tarixi küçələrdə isə mənzillərin bir kvadratmetrinin qiyməti 4-5 min manat civarında dəyişir. Bəs qiymətlərdə formalaşan bu qədər artıma səbəb nədir?
Ekspertlər bildirirlər ki, bu ərazilərdə mənzillərə tələbin yüksək olması, həm də investisiya maraqları ilə bağlıdır. Paytaxtın mərkəzində mənzil almaq təkcə yaşayış deyil, həm də gələcəkdə böyük qazanc vəd edən aktiv hesab olunur. Bundan başqa, buradan ev alıb yüksək qiymətə kirayə verənlər də var. İnfrastruktur genişləndikcə həmin küçələrdə qiymət artımının bu il də davam edəcəyi gözlənilir.
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı












