Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucuovun FED.az-a verdiyi məlumata görə, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeydə alınıb. Burada mənzillərin maksimal qiyməti 19 000 manat/kv.m təşkil edir.
İkinci ən bahalı ünvan Səbail rayonunun Üzeyir Hacıbəyli küçəsidir. Burada maksimal qiymət 15 900 manat/kv.m-dir. İlk üçlüyü isə 9 200 manat/kv.m göstərici ilə Niyazi küçəsi və Ağ Şəhərin "Yaşıl Ada 1" ərazisi tamamlayır.
Bundan başqa, İzmir küçəsində qiymət 8 650 manat, Qurban Abbasov küçəsində 7 950 manat, Mikayıl Useynov küçəsində isə 7 670 manat/kv.m-ə çatır.
AQC rəhbəri bildirir ki, daşınmaz əmlak bazarında qiymətləri yalnız rayon üzrə orta göstəricilərlə qiymətləndirmək düzgün deyil. Premium seqmentdə hətta bir-birindən bir neçə yüz metr məsafədə yerləşən obyektlərin qiymətləri ciddi fərqlənə bilər.
Məsələn, siyahıdakı ən yüksək 19 min manat/kv.m qiymət Bakı üzrə hazırkı median təklif qiymətindən təxminən 7.4 dəfə yüksəkdir; sentyabr 2026 üzrə bazar məlumatlarında Bakı üzrə median 2 582 manat/kv.m göstərilir.
Bakının yüksək qiymətli əraziləri cədvəldə göstərilib:

Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












