Bakının nəqliyyat yükü necə aradan qaldırıla bilər? – Ekspert AÇIQLADI - VİDEO
Paytaxtda nəqliyyat sıxlığının səbəbləri ilə bağlı müzakirələr davam edir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev “İctimati TV” efirində bu mövzuya münasibət bildirib.
Ekspert qeyd edib ki, son dövrlərdə formalaşan “tələbələr şəhərdə sıxlıq yaradır” yanaşması müəyyən qədər manipulyativ xarakter daşıyır. Onun sözlərinə görə, tələbələrin və universitetlərin sıxlığa təsiri olsa da, bu amil əsas səbəb kimi təqdim edilə bilməz.
Rauf Ağamirzəyev vurğulayıb ki, sıxlığın səbəblərini daha dərindən araşdırdıqda digər faktorlar ön plana çıxır. O bildirib ki, məktəblərdə valideynlərin uşaqları avtomobillə gətirib-aparması da ciddi nəqliyyat yükü yaradır. Böyük şəhərlərdə sıxlıq qaçılmazdır və əsas məsələ bu sıxlığın düzgün idarə olunmasıdır. Paytaxtda sovet dövründən qalan universitet ərazilərində yerləşən yataqxanaların yenidən qurulması mühüm həll yollarından biri ola bilər. Ekspert hesab edir ki, köhnə yataqxanaların sökülərək müasir standartlara uyğun yenidən tikilməsi tələbələrin universitetlərə piyada məsafədə yerləşməsinə imkan yaradar, bu isə həm nəqliyyat yükünü azaldar, həm də valideyn və tələbələrin maliyyə xərclərini aşağı salar.
Rauf Ağamirzəyev əlavə edib ki, son illərdə bəzi universitet ərazilərində piyadalar üçün nəzərdə tutulmuş keçidlərin bağlanması da süni sıxlıq görüntüsü yaradır. Onun sözlərinə görə, əvvəllər istifadə olunan qısa piyada marşrutlarının məhdudlaşdırılması insan axınını əsas prospektlərə yönəldir və bu da yüklənməni artırır.
Ekspert regional universitetlərin imkanlarının genişləndirilməsinin də vacibliyini qeyd edib. O bildirib ki, regionlarla paytaxt arasında nəqliyyat əlaqələrinin inkişafı, xüsusilə də sürətli qatar və avtomobil yollarının inkişafı bu prosesi daha effektiv edə bilər.
Rauf Ağamirzəyev sonda vurğulayıb ki, səfərlərin təhlükəsizliyi məsələsi də diqqətdə saxlanılmalıdır. Onun sözlərinə görə, ictimai nəqliyyat daha təhlükəsiz hesab olunur və qəza statistikası da bunu təsdiqləyir.
Eltac Zülfüqaroğlu
Avtomobilinə başqa nömrə taxan sürücü 17 min manat cərimələndi - FOTO
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib - FOTOSESSİYA
Tanınmış istehsalçı elektrikə kəskin keçiddən imtina etdi
Bakı tıxacına görə qonşuları arasında neçənci yerdədir? – STATİSTİKA
Məktəb avtobuslarında şagirdləri qoruyan sistem: Avtomobillər dayanır – VİDEO
Azərbaycanda yol tikintisində müasir texnologiyalar necə TƏTBİQ OLUNUR?
Bu düymə yanacaq sərfiyyatına təsir edə bilər – ARAŞDIRMA
Siqaretə görə küsən sərnişin, ayağı havada gedən KAMAZ sürücüsü
Bu avtomobillərdə sükan problemi aşkarlanıb: Kütləvi geri çağırma BAŞLANILDI
Avtomobil sürmə təlimində yaş məhdudiyyəti neçədir? – AÇIQLAMA - VİDEO
Bu saatın xətası 300 milyard ildə 1 saniyədir - FOTO











