Banner

Bakının svetoforları kütləvi elektrik kəsintisinə hazırdırmı? - ARAŞDIRMA

Maraqlı 27 Oktyabr 2026 11:00
Bakının svetoforları kütləvi elektrik kəsintisinə hazırdırmı? - ARAŞDIRMA
WhatsApp kanalımıza abunə olun

Bakıda elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi zamanı svetoforların fəaliyyətini davam etdirməsi üçün ehtiyat enerji sistemlərinin tətbiqi məsələsi gündəmə gəlib.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bu cür hallarda yol hərəkətinin təhlükəsizliyinin qorunması üçün svetoforların avtonom işləməsini təmin edən texniki həllərin vacibliyinə diqqət çəkib.

Ekspert xatırladıb ki, 2018-ci ildə Azərbaycanda baş vermiş genişmiqyaslı elektrik enerjisi kəsintisi belə halların şəhər infrastrukturu üçün yarada biləcəyi riskləri bir daha göstərib. Elektrik təchizatının dayanması məişətlə yanaşı, nəqliyyatın hərəkətinə, yolayrıclarının fəaliyyətinə və sürücülərlə piyadaların təhlükəsizliyinə də təsir edə bilər.

Rauf Ağamirzəyevin sözlərinə görə, bir sıra ölkələrdə bu riskləri azaltmaq məqsədilə svetoforlar ehtiyat enerji mənbələri, akkumulyatorlar və günəş panelləri ilə təchiz edilir. Belə sistemlər əsas elektrik təchizatı dayandıqda svetoforların müəyyən müddət ərzində fəaliyyətini davam etdirməsinə imkan yaradır.

Ekspert nümunə olaraq Ukraynanın Rovno şəhərini göstərib. Onun qeyd etdiyi məlumata görə, şəhərdə 35 svetofor obyekti ehtiyat enerji ilə təmin olunub, onlardan 9-u isə günəş panelləri ilə təchiz edilib.

Bakı ilə bağlı əsas sual isə paytaxtın, xüsusilə də nəqliyyat axınının intensiv olduğu əsas yolayrıclarının belə sistemlərlə təmin edilib-edilməməsidir. Mövcud ehtiyat enerji sistemlərinin sayı, əhatə dairəsi və elektrik kəsintisi zamanı nə qədər müddət işləyə bilməsi şəhər nəqliyyatının dayanıqlılığı baxımından əhəmiyyət daşıyır.

Elektrik enerjisinin kəsilməsi riskini tamamilə aradan qaldırmaq mümkün olmasa da, qabaqlayıcı texniki tədbirlər onun yol hərəkətinə təsirlərini azaltmağa kömək edə bilər. Svetoforların ehtiyat enerji mənbələri ilə təchiz edilməsi xüsusilə sıx hərəkətli yolayrıclarında nəqliyyatın idarə olunmasının davamlılığını və hərəkət iştirakçılarının təhlükəsizliyini qorumaq baxımından vacibdir.

Eltac Zülfüqaroğlu

Oxunub : 306
ŞƏRH YAZ
Ad

E-mail

Şərh