Bir sutkaya 50 min miqrant - İspaniyada son vəziyyət

Məlum olduğu kimi, son sutka ərzində 50 minə yaxın qeyri-qanuni miqrant Mərakeşdən İspaniyanın Şimali Afrikadakı Seuta muxtar şəhərinə daxil olub. Miqrantlar həm quru, həm də dəniz yolu ilə hərəkət ediblər.
Avtosfer.az xəbər verir ki, hökumət böhran vəziyyəti üzərində nəzarəti təmin etmək üçün Seutaya əlavə hərbçilər və polis dəstələri göndərib.
Seutaya səfər edən İspaniyanın Baş naziri Pedro Sançes kütləvi miqrant axınını ölkəsinə qarşı “hücum və ərazi bütövlüyünün pozulması” adlandırıb. O, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün hökumət tərəfindən bütün dövlət resurslarının səfərbər ediləcəyini bildirib.
İtaliya və Finlandiya kimi Avropa ölkələri isə İspaniya ilə Şengen sazişinin qüvvəsini müvəqqəti dayandırmağa çağırıblar. Finlandiyanın daxili işlər naziri Mari Rantanin Madridi Şengen zonasının xarici sərhədinin etibarlı müdafiəsini təmin edə bilməməkdə və miqrasiya böhranına səbəb olmaqda ittiham edib.
Xarici mediada və sosial şəbəkələrdə Seutadakı son vəziyyəti əks etdirən görüntülər yayılıb./Qafqazinfo/
Həmin görüntüləri təqdim edirik:









Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI












