Bu daşın qramı 5000 dollardır - Hər kəs onu tapa bilər

Kosmosdan Yerə düşən meteoritlər təkcə alimlərin deyil, kolleksiyaçıların da böyük marağına səbəb olur. Bəzi meteoritlərin dəyəri o qədər yüksəkdir ki, onların bir qramı qızıldan çox baha satıla bilər. Avtosfer.az xəbər verir ki, meteoritlər həm elmi, həm də kolleksiya baxımından böyük əhəmiyyət daşıyır. Onların qiyməti kimyəvi tərkibindən, mənşəyindən, nadirliyindən və nə dərəcədə yaxşı qorunub saxlanılmasından asılıdır. Meteorit muzeyinin direktoru və bu sahədə kolleksiyaçı olan Stefan Dekerin sözlərinə görə, meteoritlərin bir qramının qiyməti təxminən 1 dollardan 5 min dollara qədər dəyişə bilər.
Ən qiymətli meteoritlər hansılardır?
Kolleksiyaçılar və alimlər üçün ən qiymətli hesab olunan nümunələr Ay və ya Mars mənşəli meteoritlərdir. Tərkibində nadir minerallar olan meteoritlər də bazarda yüksək qiymətə satılır. Bundan əlavə, daşın təzə tapılması, zədələnməməsi və nadir növə aid olması onun dəyərini əhəmiyyətli dərəcədə artırır.
Tapılan meteorit həmişə tapan şəxsə məxsus olmur
Meteorit tapan hər kəs onun sahibi olmaya bilər. Bir çox ölkədə ümumi qaydaya görə, meteorit onun düşdüyü torpaq sahəsinin sahibinə və ya dövlət torpağında tapılıbsa, müvafiq qaydalara uyğun olaraq aidiyyəti quruma məxsus hesab olunur. Bəzi ölkələrdə isə elmi baxımdan xüsusi əhəmiyyət daşıyan meteoritlər dövlət mülkiyyəti elan edilə və müvafiq dövlət qurumları tərəfindən götürülə bilər. Mütəxəssislər bildirirlər ki, belə tapıntılar yalnız maddi dəyərinə görə deyil, həm də Günəş sistemi və kainatın yaranması ilə bağlı mühüm məlumatlar daşıdığı üçün böyük elmi əhəmiyyətə malikdir.(lent.az)
Xristian dinində erkən nikahlara münasibət necədir? - AÇIQLAMA
ABŞ Çinin yerli təyyarə istehsalı planına mane olur
Tramp okeana öz adını vermək istəyir
Milyonlarla avtomobil 6 avroluq xərcə görə geri ÇAĞRILDI
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX












