Bu ölkədə “Belarus” traktorlarına qadağa qoyuldu

Məhsul yığımının qızğın vaxtında polşalı fermerlər qəribə qadağa ilə rastlaşıblar.
Avtosfer.az xəbər verir ki, yerli idarəetmə orqanları “Belarus” traktorlarının istismarını qadağan edib. Fermerlərə bildirilib ki, 2016-cı ildən sonra alınmış MTZ markalı traktorlar Avropanın ekoloji normalarına uyğun gəlmir. Bu texnikaların idxalı zamanı qanunsuzluğa yol verilib, sertifikatları yoxdur.
Minlərlə fermer qanuni yolla əldə etdikləri texnikanı istifadə edə bilmədikləri üçün çətin vəziyyətdə qalıb. Kənd Təsərrüfatı Nazirliyi onların müraciətlərinə münasibət bildirmir. Halbuki, nazirlik sertifikat məsələsinə 2026-cı ildən sonra baxmağa söz vermişdi.
Yerli əhali qərarı siyasi hesab edir. Fermerləri bir sual düşündürür: necə ola bilər ki, Avropanın əksər ölkələrində istismar olunan bu texnika birdən-birə yararsız hesab edildi? Həm də Almaniya və Fransa kimi çox sayda kənd təsərrüfatı texnikası istehsal edən, innovasiyaların ilk tətbiq olunduğu ölkələrdə deyil, Polşada.
Vüqar Yaşaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












