Bu ölkədə uşaq toyuna gedəni ağır cəza gözləyir - FOTO

Polis bir neçə gün əvvəl daha bir uşaq toyunun qarşısını aldı və bu addımı geniş kütlə təqdir etdi. Amma görünən budur ki, məsələnin həllini təkcə polisdən gözləmək də doğru deyil. Başqa ölkələrdə bu əməli törədənləri hansı cəza gösləyir?
Avtosfer.az xəbər verir ki, dünyəvi dövlət quruluşuna malik ölkələrin əksəriyyətində qanunvericilik uşaq evliliyini qadağan edir. Bu qadağa ölkəyə görə 16-18 yaş arası dəyişir.
Lakin bir çox ölkədə mental faktorlara görə qanuna de-fakto əməl olunmur. Problem Afrikada və Yaxın Şərqdə daha ciddidir. Beynəlxalq təşkilatlar həyəcan təbili çalsa da, hökumətlər hərəkətə keçmir. Bir Afrika ölkəsində isə vəziyyət fərqlidir.
Əhalisinin 80 faizindən çoxu müsəlman olan Syerra Leonedə 2024-cü ilin iyulunda qüvvəyə minən qanun xüsusi sərtliyi ilə seçilir. Bu qanuna görə yaşı 18-dən aşağı olan şəxslə evlənəni 15 il həbs və 2000 dollar cərimə gözləyir.
Bu işdə cəzalandırılan təkcə ər deyil. Toya gələnlər, ofisiantlar, restoran sahibi, fotoqraf, müğəni, kəbini kəsən molla da daxil olmaqla bütün iştirakçılara 500 dollar cərimə yazılır. Müqayisə üçün deyək ki, ölkədə adambaşına milli gəlir 400 dolları keçmir.
Qanun müsəlman ölkələrində geniş yayılmı daha bir vəziyyətə görə də ər üçün yuxarıda göstərilən cəzanı nəzərdə tutur: söhbət bizə Türkiyə televiziyalarından tanış olan “imam nikahı ilə evlilik”dən gedir (Azərbaycana da 1990-2000-ci illərdə sirayət etmiş bu pis praktikaya artıq demək olar son qoyulub). Başqa sözlə, azyalı qızı mərasimsiz gəlin gətirib yetkinlik yaşına çatdıqdan sonra nikahı rəsmiləşdirmək də mümkün deyil.
Qanun həm də erkən yaşda nikaha məcbur edilmiş qızların boşanmasına və ərlərindən böyük həcmdə təzminat almasına imkan verir. 2022-ci ilin BMT statistikasına görə Syerra Leonedə 800 mindən çox azyaşlı arvad var. Onlardan 250 mininin isə yaşı ümumiyyətlə 15-dən aşağıdır.
UNİCEF-in və digər beynəlxalq təşkilatların fikrincə Syerra Leonedəki qanun Afrikada ağırlığı ilə fərqlənir. Qanunun tətbiqi müsbət nəticə doğurub.
BMT-nin statistikasına görə hər il dünyada 12 milyon qız yetkinlik yaşına çatmadan evləndirilir.
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır














