Bu şəhərdə niyə yalnız ağ rəngli avtomobillərə icazə verilir? – ARAŞDIRMA

Türkmənistanın paytaxtı Aşqabadda avtomobillərlə bağlı tətbiq olunan qaydalar dünyanın bir çox ölkəsindən fərqlənir.
Avtosfer.az xəbər verir ki, 2015-ci ildən etibarən şəhərdə ağ rəngdən başqa rəngdə olan avtomobillərin istifadəsinə ciddi məhdudiyyətlər qoyulub. Xüsusilə qara rəngli nəqliyyat vasitələrinin istismarına icazə verilmir. Bu səbəbdən bir çox sürücü avtomobillərini ağ rəngə boyatmağa məcbur olub.
Aşqabadda nəqliyyat vasitələrinin yalnız rəngi deyil, təmizliyi də nəzarətdə saxlanılır. Belə ki, sürücülər avtomobillərini daim təmiz vəziyyətdə saxlamağa borcludurlar. Yol polisi tərəfindən çirkli avtomobillər aşkarlanarsa, onların sahibləri cərimələnə bilər.
Hətta yağışlı hava şəraitində belə bu qayda qüvvədə qalır. Belə hallarda sürücülərə avtomobillərini yuyub təmizləmələri üçün qısa müddət verilir. Müəyyən olunan vaxt ərzində nəqliyyat vasitəsi təmizlənməzsə, sürücü inzibati məsuliyyətə cəlb oluna bilər.
Ölkədə diqqət çəkən məqamlardan biri də yanacağın qiymətidir. Türkmənistan dünyanın ən ucuz benzin satılan ölkələrindən biri hesab olunur. Burada benzinin qiyməti uzun illərdir dövlət tərəfindən subsidiyalaşdırıldığı üçün bir çox hallarda içməli sudan belə daha ucuz başa gəlir.
Aşqabadda tətbiq olunan bu qaydalar şəhərin vahid və səliqəli görünüşünün qorunmasına xidmət edir. Bununla belə, bəzi beynəlxalq müşahidəçilər bu məhdudiyyətlərin sürücülərin seçim azadlığını məhdudlaşdırdığını da qeyd edirlər.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












