Çin maşının loqosunu silib başqa ad yazdılar; İFŞA OLUNDU - VİDEO

Xaricdən gətirilən avtomobillə bağlı maraqlı iddia gündəmə gəlib. Avtomobil daşımalarında istifadə edilən nəqliyyat vasitəsinin adını silməyə cəhd ediblər.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Çindən idxal olunduğu bildirilən nəqliyyat vasitəsinin üzərində dəyişiklik edildiyi iddia olunur. Belə ki, avtomobilin kapotunun ön hissəsində – adətən marka loqosunun yerləşdiyi sahəyə betonabənzər maddə töküldüyü və həmin hissənin hamarlanaraq üzərinə başqa ad yazıldığı bildirilir.
İddialara görə, bu üsulla avtomobil fərqli brend adı altında satışa çıxarılıb. Görüntülərdə ilkin istehsalçıya aid loqonun yerinin qəsdən örtüldüyü və üzərinə yeni nişanın yerləşdirildiyi diqqət çəkir.
Məsələ sosial mediada geniş müzakirələrə səbəb olub. İstifadəçilər bunu alıcıların çaşdırılması cəhdi kimi qiymətləndiriblər. Bəzi şərhlərdə isə qeyd olunur ki, bu cür müdaxilə nəqliyyat vasitəsinin texniki təhlükəsizliyinə də təsir göstərə bilər.
Ekspertlər isə vətəndaşlara avtomobil alarkən nəqliyyat vasitəsinin VIN kodunu, istehsalçı məlumatlarını və sənədlərini diqqətlə yoxlamağı tövsiyə edirlər.
Eltac Zülfüqaroğlu
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord
Elektromobillərin hərbi obyektlərə girişinə məhdudiyyət qoyulur – SƏBƏB
Xristian dinində erkən nikahlara münasibət necədir? - AÇIQLAMA
ABŞ Çinin yerli təyyarə istehsalı planına mane olur












