Çində sürətli dəmir yolu xətlərinin uzunluğu 50 min kilometri keçdi

Çində yüksəksürətli dəmir yolu xətlərinin ümumi uzunluğu 50 min kilometri keçib.
Avtosfer.az xəbər verir ki, Sinxua agentliyinin məlumatına görə, dekabrın 26-da ölkədə yeni sürətli marşrut xətti açılıb: “Fusin” sürət qatarı Şensi əyalətinin Yanan şəhərindən həmin əyalətin inzibati mərkəzi Siana yola düşüb. Dəmiryol xəttinin bu hissəsində qatarın sürəti saatda 350 kilometrə çatıb. Yeni sürətli dəmir yolu şəhərlər arasında səyahət müddətini iki saatdan bir saata endirib.
Qeyd edək ki, ölkədə yüksəksürətli ilk dəmir yolu xətti 2008-ci ildə açılıb və o, Pekini Tyantszin şəhəri ilə birləşdirib.
“Hazırda belə xətlər 500 min və daha artıq əhalisi olan bütün şəhərlərin 97 faizini əhatə edir. Çin istifadədə olan yüksəksürətli dəmir yolları xətlərinin uzunluğuna görə dünyada birinci yerdədir. Ölkə, həmçinin dəmir yolu ilə səyahətin sürətinə görə də dünya lideridir”, - deyə “China State Railway Group” şirkətindən bildirilib./azərtac
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












