Çinin bu şirkəti suda üzən avtomobil istehsal etdi - RƏSMİ

Çin avtomobil sənayesində texnoloji rəqabət yeni mərhələyə keçib. Bu dəfə diqqət mərkəzinə “Chery” şirkətinin təqdim etdiyi suda hərəkət edə bilən yeni modeli düşüb.
Avtosfer.az xəbər verir ki, avtomobil nəhəngi “BYD”nin su üzərində üzə bilən “Yangwang U8” modelindən fərqli olaraq, “Chery” daha iddialı yanaşma sərgiləyərək qayıq kimi aktiv şəkildə suda hərəkət edə bilən “Jetour G700” modelini təqdim edib. “Jetour” brendi altında hazırlanmış və “Ark Edition” adlandırılan bu xüsusi versiya klassik SUV anlayışını tam funksional amfibiya nəqliyyat vasitəsinə çevirir.
Yeni model suya daxil olduqda sadəcə üzməklə kifayətlənmir. İnkişaf etmiş giroskopik stabillik sistemi sayəsində balansını qoruyaraq göl və çay kimi su hövzələrində hərəkət edə bilir. Nəqliyyat vasitəsində quraşdırılmış xüsusi pərvanə sistemi isə su üzərində idarəetməni daha effektiv edir.
“Jetour G700” 2.0 litrlik turbo benzin mühərriki və iki elektrik mühərrikindən ibarət hibrid (PHEV) sistemlə təchiz olunub. Suya daxil olduqda güc ötürməsi təkərlərdən pərvanələrə yönləndirilir ki, bu da avtomobilə qayıq çevikliyi qazandırır. Şirkət rəsmiləri bildirirlər ki, bu texnologiyanın əsas məqsədi əyləncə deyil, daşqınlar kimi fövqəladə hallarda insanların təhlükəsiz təxliyəsini təmin etməkdir.
Texniki göstəricilər baxımından da model diqqət çəkir. Ümumi gücü 892 at qüvvəsi, maksimal fırlanma anı isə 1135 Nm təşkil edir. Avtomobil 0-dan 100 km/saat sürətə cəmi 4,6 saniyəyə çatır. “CATL” istehsalı olan batareya sayəsində isə 150 kilometrə qədər tam elektrik rejimində hərəkət imkanı təqdim olunur.
Sürətli şarj texnologiyası ilə təchiz edilən modelin batareyası 10 dəqiqə ərzində 80 faizə qədər doldurula bilir. “Jetour G700” Pekində yerləşən Yanqi gölündə keçirilən sınaqlarda öz imkanlarını uğurla nümayiş etdirib.
Ekspertlərin fikrincə, bu model SUV seqmentində yeni standartların formalaşmasına səbəb ola bilər və gələcəkdə “üzmə qabiliyyəti” kimi xüsusiyyətlər də avtomobillər üçün mühüm meyarlardan birinə çevrilə bilər.
Eltac Zülfüqaroğlu
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı












