Dəmiryol xətləri üzərinə Günəş panelləri düzdülər - FOTO

Biz adətən dəmiryol xətlərini belə təsəvvür edirik: ballast, çınqıl təbəqəsi, şpallar və rels. Amma fərqli təcrüblər də var.
Avtosfer.az xəbər verir ki, İsveçrədə dəmiryol xətlərinin üzərində Günəş panelləri ilə bağlı sınaq aparılır. 100 metrlik sahədə relslərin arasına 48 panel yerləşdirilib. Nöşatel kantonunda başlayan sınaqlar 2028-ci ilədək davam edəcək. Yaxşı nəticə olarsa, təcrübə ölkənin əsas xətlərində təbiq ediləcək.
Ərazidə quraşdırılmış panellər 18 kilovatt gücündədir ki, bu da bir neçə təsərrüfatı təmin etməyə yetərlidir.
İsveçrə Konfederasiyasının Günəş panelləri ilə bağlı ən ciddi problemi yer azlığıdır. Ölkənin əsas ərazisi dağlarla örtülüdür. Əhali ümumi görüntüyə xələl gəlməsin deyə Alp dağlarında Günəş panellərinin qurulmasına etiraz edir. Lakin 5300 kilometrlik dəmiryolu xətləri ilə bura dünyanın ən sıx şəbəkələrindən birinə malikdir. Xətlərin üzərinə panel düzməklə həm də yerdən səmərəli istifadə planlaşdırılır.
Vüqar Yaşaroğlu

Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












