Dünya əhəmiyyətli abidəyə kolxozsayağı müdaxilə - FOTOLAR

Kiş Alban məbədi barədə ətraflı məlumat verməyə ehtiyac yoxdur. Şəkiyə gələn yerli və əcnəbi turistlərin çoxu məhz bu tarixi məkanı görmək üçün Kiş kəndinə gedir. Dünya əhəmiyyətli abidələr siyahısında yer alan tikili təxminən 20 il əvvəl təmir olunub, ərazi abadlaşdırılıb. Bura qədəri öz yerində.
Vaxtilə təmir və arxeoloji qazıntılar zamanı həyətin giriş qapısından sağda bir ocaq yeri də aşkar edilmişdi. Ocaq dulusçuluq məmulatlarının bişirilməsi üçün nəzərdə tutulmuşdu. Avqustun əvvəllərində yenidən məbədə baş çəkərkən ocaq yerinin betonlandığının şahidi oldum. Maraq mənə güc gəldiyi üçün işçilərdən burada hansı dəyişlik edildiyini soruşdum. Bildirdilər ki, burada vaxtilə mövcud olmuş sobaya hər dəfə yağış suları dolduğu üçün üstü betonlanıb.
Betonlanmış hissədə əməkdaşlar və mühafizə üçün yer düzəldilib (bu hissədə çox sayda adam olduğu üçün şəkil çəkmədim – müəl.).
Abidənin əməkdaşlarının bu “izahı” beynimdə çox sayda sual doğursa da, heç nə demədim. Bakıya qayıtdıqdan sonra şəxsi arxivimə nəzər yetirdim və 2015-ci ilin iyulunda çəkdiyim fotolara rast gəldim. Fotolarda ocaq yeri aydın şəkilıdə görünürdü və hətta müvafiq məlumat lövhəsi də yerləşdirilmişdi!
İndi məni belə bir sual düşündürür: Şəki kimi sərt qışı olan ərazidə babalarımız 20 əsr əvvəl ocaq yerini qar və yağışdan qorumağı necə bacarıblar? Yaxud, müasir həllərin tətbiqi ilə bu tarixi yadigarı qorumaq mümkün deyildimi? Kolxozsayağı metodlardan əl çəkməyin vaxtı çatmayıbmı?
Vüqar Yaşaroğlu
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord
















