Ədalət Şükürovun bahalı avtomobilləri – “Maybach” da var... – FOTO

Azərbaycanda avtomobil həvəskarları arasında müxtəlif markalara və modellərə xüsusi maraq göstərən tanınmış simalar da var. Onlardan biri də Əməkdar artist Ədalət Şükürovdur. Müğənni uzun illərdir bahalı və qeyri-adi avtomobilləri ilə diqqət çəkir.
Avtosfer.az xəbər verir ki, Ədalət Şükürov zaman-zaman sahib olduğu avtomobilləri sosial media hesablarında nümayiş etdirir. Onun kolleksiyasında həm lüks sedanlar, həm də görünüşü ilə seçilən idman avtomobilləri yer alır.
Müğənninin diqqətçəkən avtomobillərindən biri Çində istehsal olunan "Avatr 11" modelidir. Bundan başqa, onun kolleksiyasında lüks seqmentin məşhur nümayəndələrindən olan "Mercedes-Maybach S600" da yer alır.
Ədalət Şükürovun avtomobilləri arasında qeyri-adi dizaynı ilə seçilən "Polaris Slingshot" da var. Müğənninin kolleksiyasında həmçinin "Pontiac Solstice", "Mercedes-Benz S-Class", "Lexus LS 460" və "Lotus Evora" kimi modellər də diqqət çəkir.
Beləliklə, Ədalət Şükürov yalnız musiqi fəaliyyəti ilə deyil, avtomobillərə olan marağı və fərqli modellərdən ibarət kolleksiyası ilə də zaman-zaman gündəmə gəlir. Onun seçdiyi avtomobillər arasında həm komfort və lüks, həm də idman xarakterli modellərin olması kolleksiyanı daha da maraqlı edir.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir

















