Elektrikli avtomobil istehsalı üçün uşaqlar istismar edilir - ARAŞDIRMA

Elektrikli nəqliyyat vasitələri şəhərlərdə havanı təmizləsə də, onların izi dünyanın başqa yerlərində ağır nəticələr buraxır.
Avtosfer.az xəbər verir ki, bu avtomobillərin istehsalında istifadə olunan litium, kobalt və nikel kimi minerallar Konqo, Çili və Boliviya kimi ölkələrdə ciddi ekoloji və sosial fəsadlar yaradır. Konqoda uşaq əməyindən istifadə olunur, Çilidə litium hasilatı yeraltı suları tükəndirir.
“Greenpeace”in məlumatına görə, bir elektrikli avtomobilin akkumulyatoru orta yanacaqlı avtomobilin səkkiz illik emissiyasına bərabər karbon izi yaradır.
Ekspertlər bildirirlər ki, elektrikli avtomobil istehsalında istifadə olunan enerji hələ də kömür və qaz mənbələrindən gəlirsə, bu keçid “çirklənmənin yer dəyişməsi”nə çevrilir.
Bundan başqa, batareyaların təkrar emalı da böyük problemdir. 8-10 il istifadə edilən bu batareyalar hazırda çox az ölkədə ekoloji şəkildə utilizasiya olunur.
Avropada 2024-cü ildən bütün elektrikli avtomobillərdə süni mühərrik səsləri məcburi olacaq, çünki səssizlik piyada qəzalarını artırıb.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












