Elektrikli avtomobilin yürüş məsafəsi nədən asılıdır? – ARAŞDIRMA

Elektrikli avtomobillərin bir dəfəlik şarjla qət edə bildiyi məsafəyə bir sıra amillər təsir göstərir. Bu amillərdən bir neçəsinin eyni vaxtda təsir göstərməsi isə avtomobilin real yürüş məsafəsində daha ciddi fərq yarada bilər.
Avtosfer.az xəbər verir ki, elektrikli avtomobillərin yürüş məsafəsini müəyyən edən əsas amillərdən biri batareyanın tutumudur. Batareyanın tutumu kilovat-saat (kVt/saat və ya kWh) ilə ifadə olunur.
Batareyanın tutumu artdıqca onun saxlaya bildiyi enerji miqdarı da artır. Bu isə digər şərtlər eyni qaldıqda avtomobilin daha uzun məsafə qət etməsinə imkan verir.
Lakin yalnız batareyanın tutumu avtomobilin real yürüş məsafəsini müəyyən etmir. Avtomobilin çəkisi, hərəkət sürəti, hava temperaturu, yol şəraiti, kondisioner və digər elektrik sistemlərinin istifadəsi, həmçinin sürücülük tərzi də enerji sərfiyyatına və nəticə etibarilə yürüş məsafəsinə təsir edir.
Bu səbəbdən istehsalçının göstərdiyi yürüş göstəricisi ilə avtomobilin real istifadə zamanı qət etdiyi məsafə arasında fərq yarana bilər.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












