Elektrikli avtomobillər ucuzlaşdı, hibridlər bahalaşdı – Səbəbi AÇIQLANDI

Elektrikli avtomobillərin qlobal bazarda orta qiyməti son illərdə azalmağa davam edir. 2025-ci ildə elektrikli avtomobillərin orta qiyməti 37 min dollara enib. Hibrid avtomobillərin orta qiyməti isə əksinə, 39 min dollara yüksəlib.
Avtosfer.az xəbər verir ki, elektrikli avtomobillərin qiyməti 2020-ci illə müqayisədə 9 faiz ucuzlaşıb. Hibrid modellərin qiymətində isə eyni dövrdə 16 faiz artım qeydə alınıb.
Qiymətlərin aşağı düşməsində əsas amillərdən biri batareya texnologiyalarının inkişafıdır. Məlumata görə, litium-ion batareyaların qiyməti 37 faiz azalıb. Batareya paketləri elektrikli avtomobilin ümumi istehsal xərcinin təxminən 30-40 faizini təşkil etdiyindən, bu ucuzlaşma avtomobillərin son qiymətinə də təsir göstərib.
BloombergNEF-in məlumatına əsasən, Çində yaranmış istehsal gücü artıqlığı batareya və digər komponentlərin maya dəyərinin aşağı düşməsinin əsas səbəblərindən biri olub. Bundan başqa, kobaltdan istifadə olunmayan LFP (litium-dəmir-fosfat) batareyaların geniş yayılması da istehsal xərclərinin azalmasına şərait yaradıb.
LFP texnologiyasının enerji sıxlığı baxımından digər batareyalarla fərqi azalması bu akkumulyatorların plug-in hibrid avtomobillərdə də istifadəsini genişləndirib. Eyni zamanda, kobalt qiymətlərindəki dəyişkənlikdən asılılığın azalması istehsalçılar üçün əlavə üstünlük yaradıb.
Çinli avtomobil istehsalçılarının dünya bazarındakı payının artması da elektrikli avtomobillərin ucuzlaşmasını sürətləndirib. Belə ki, Çinin elektrikli avtomobil ixracı 2020-ci ildə 100 min ədəddən az olduğu halda, 2025-ci ildə 1 milyon 640 min ədədə çatıb.
Çin istehsalçıları xüsusilə inkişaf etməkdə olan bazarlarda daha münasib qiymətli modellərlə mövqelərini gücləndiriblər. Tayland kimi ölkələrdə Çin markalarının bazar payının artması bu tendensiyanın nümunələrindən biri kimi göstərilir.
Elektrikli avtomobillər ucuzlaşdığı halda, daxiliyanma mühərrikli avtomobillərin orta qiymətləri son beş ildə müəyyən qədər artıb. Bundan başqa, Yaxın Şərqdəki münaqişələr fonunda neft qiymətlərinin yüksəlməsi elektrikli avtomobillərin istismar xərcləri baxımından üstünlüyünü daha da artırıb.
Eltac Zülfüqaroğlu
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord












