Elektrikli avtomobilləri 13 il işlətdikdən sonra batareya tutumu 20-25% azalır - ARAŞDIRMA

22 min 700 nəqliyyat vasitəsi üzərində aparılan genişmiqyaslı araşdırmanın nəticələri elektrikli avtomobillərlə bağlı ən çox yayılan qorxuların əsassız olduğunu ortaya qoyub. Xüsusilə “batareya tez sıradan çıxır” iddiası elmi məlumatlarla təkzib edilib.
Avtosfer.az xəbər verir ki, donanma izləmə şirkəti “Geotab” tərəfindən aparılan tədqiqat çərçivəsində 21 fərqli model üzrə 22.700 elektrikli nəqliyyat vasitəsinin uzunmüddətli istifadəsi analiz edilib. Araşdırma nəticəsində məlum olub ki, elektrikli avtomobillərin akkumulyatorları ildə orta hesabla cəmi 2,3% tutum itirir. Bu isə o deməkdir ki, nəqliyyat vasitəsi 12–13 il istifadə edildikdən sonra belə batareyanın tutumu 75–80% səviyyəsində qalır. Başqa sözlə, akkumulyator avtomobilin texniki ömründən daha uzunömürlü ola bilir.
Tədqiqat batareyanın daha sürətli köhnəlməsinə səbəb olan əsas amilləri də üzə çıxarıb. Məlumata görə, daimi sürətli (DC) şarjdan istifadə edildikdə batareyanın illik aşınma səviyyəsi təxminən 3%-ə yüksəlir. Ev şəraitində və ya yavaş (AC) şarjdan istifadə edən avtomobillərdə isə bu göstərici orta hesabla 1,5% təşkil edir. Bundan əlavə, nəqliyyat vasitəsinin uzun müddət yüksək temperaturda və günəş altında qalması da batareya ömrünə mənfi təsir göstərir.
Araşdırmada ətraf mühitlə bağlı tez-tez səsləndirilən “elektrikli avtomobillər daha çox çirkləndirir” iddiasına da aydınlıq gətirilib. “PLOS Climate” jurnalında dərc olunan elmi araşdırmaya əsasən, elektrikli nəqliyyat vasitələri istehsal mərhələsində, əsasən batareya səbəbindən, daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə təxminən 30% daha çox karbon emissiyası yaradır. Lakin bu fərq istifadənin ikinci ilindən etibarən aradan qalxır. Araşdırma göstərir ki, 18 illik istismar dövrü ərzində benzinlə işləyən avtomobil elektrikli nəqliyyat vasitəsi ilə müqayisədə ətraf mühiti təxminən iki dəfə çox çirkləndirir.
Mütəxəssislər batareyanın ömrünü uzatmaq üçün sadə, lakin effektiv tövsiyələr də verir. Yay aylarında avtomobilin kölgədə saxlanılması, batareyanın uzun müddət tam dolu və ya tam boş vəziyyətdə saxlanılmaması, eləcə də mümkün olduqda sürətli deyil, adi şarj üsuluna üstünlük verilməsi akkumulyatorun uzunömürlü olmasına ciddi töhfə verir.
Araşdırmanın nəticələri göstərir ki, elektrikli avtomobillərlə bağlı illərdir yayılan bir çox qorxu real faktlara deyil, miflərə əsaslanır.
Eltac Zülfüqaroğlu
"Chagaev"dən "Coca-Cola"ya zərbə: Zibil qutusuna ATDI – VİDEO
Ev alqı-satqısında alıcıları gözləyən əsas risk — AÇIQLAMA
Bədəninə dəmir girdi – helikopterə pul vermədi, 16 kilometr...
Sürücülər xüsusi proqramla aldadılıb
Yol bağlanmadan təmir mümkündür – İsveçrədən maraqlı həll - VİDEO
Rusiyada "BMW"nin xəbəri olmadan "BMW" istehsal edirlər
Mülki gəmilərə pulemyot quraşdırmaq təklif edilir
Şəkinin üçadlı küçəsi - FOTO
Azərbaycanda sürücülərdən fərqli addım: Yol istəmək üçün zəng etdilər - VİDEO
Rüfət Axundovun retro avtomobili gündəm oldu; köməkçisi danışdı
“Analoqu olmayan” rus təyyarəsi bütün parametrlərinə görə fransızlara uduzdu










