Elektromobil istehsalı üçün zəruri xammal və ya Qərbin peşimanlığı

Planşetlərin, smartfonların, noutbukların istehsalı son 10 ildə sıçrayışla artıb. Bu siyahıya son 5 ildə elektromobillər də əlavə olunub. Qabaqcıl texnologiyaların insan həyatına sürətlə daxil olması xammal və materialların da tərkibinə yenidən baxılmasını zəruri edir. Yaşıl enerjiyə keçid əvvəllər az istifadə edilən kimyəvi maddələrdən istifadəni sürətləndirib. Burada söhbət ilk növbədə nadir elementlərdən gedir? Bəs onların rolu nədən ibarətdir, harada tətbiq edilir.
Avtosfer.az xəbər verir ki, bəşəriyyətin ilk tanış olduğu metallardan misin əhəmiyyəti birinci sənaye inqilabından sonra daha da artdı. Ötən əsrin 30-cu illərində alüminium emalının ucuzlaşması nəticəsində qırmızı metala tələbat azalsa da, aradan qalxmadı.
21-ci əsrin son 10 ilində isə hər 2 metala tələbat tarixi maksimuma çatıb. Səbəb ekoloji təmiz texnologiyalara keçiddir. Mis və alüminium olmadan elektromobil istehsalı mümkün deyil. Daha kiçik və həssas texnologiyaların istehsalı üçünsə nadir metalların tətbiqi mütləqdir. Avstriyalı professor Jüli Mişel Klinger bildirir ki, “nadir metallar dedikdə lantanoidlər qrupundan olan 17 kimyəvi element nəzərdə tutulur. Dövri sistemə nəzər yetirsəniz, onlar 57-ci yerdən 71-ci yerədək qərarlaşıblar. Əslində bu elementlər qıt olmasa da, 1700-cü illərdə verilmiş elmi ad saxlanılır. Bu elementlər bütün elektronika və yüksək dəqiqlikli texnologiyalarda tətbiq edilir. Onların sayəsində son onilliklərdə avadanlıqlar daha kiçik, daha sürətli, güclü və etibarlı olub.
Dünyada nadir elementlərin ən böyük istehsalçısı Çindir. Avropada isə zəruri hesab edilən 34 yatağın 22-si Ukraynada yerləşir. Bu yataqlarda metal və qeyri-metal filizləri ilə yanaşı nadir elemetlər də toplanıb. Bunlar qabaqcıl texnologiyaların istehsalı üçün zəruridir.
Nadir elemetlər ağlınıza gələb bütün sahələrdə tətbiq edilir. Elektromobildə, mobil telefonda, hərbi sənayedə, neft emalında, Günəş enerjisinin alınmasında nadir elemetlərin rolu əvəzsizdir. Məsələn, elektromobil batareyalarının tutumunun artırılmasında və kütləsinin azaldılmasında geniş istifadə edilir.
Ekspertlər bir məqamı da vurğulayırlar. Nadir metallar böyük strateji və iqtisadi əhəmiyyətə malikdir. Lakin onların yataqları qabaqcıl texnologiyaların istehsalı yerindən çox uzaqda yerləşir. Emal prosesi də kifayət qədər mürəkkəbdir. 20-ci əsrin ortalarından etibarən ekoloji və sosial məsələlərə görə istehsal Avropadan Çinə və Cənubi Amerikaya köçürüldü. Son 10 ildə isə Avropa, ABŞ, Kanada və Avstraliya nadir elemetlərin istehsalını lokallaşdırmaq istəyir. Məqsəd Çindən asılılığı minimuma endirməkdir.
Vüqar Yaşaroğlu
Daşkənddə küçələr belə soyudulur
Bu ölkədə avtomobillərin örtüyünü çıxaranları ağır cəza gözləyir - SƏBƏB
Şuşanın Qarabağ küçəsi niyə "Tarqovı" ilə müqayisə edilir? – FOTO
Ac sürücü özünə və başqalarına risk yaradır
Hansı avtomobil markasının sürücüləri daha yüksək IQ-yə malikdir? – ARAŞDIRMA
Mexaniki avtomobillərdə yanacağa necə qənaət etmək olar? - İZAH
Şiddətli istilər və pivə istehsalçılarının puç olan planları
Avtomobil loqolarının sirri açıldı – Bu simvollar əslində nəyi ifadə edir?
Saxta fotolarla sərnişinlərdən pul alan taksi sürücüsü SAXLANILDI
Bakı–Sabunçu–Suraxanı xətti: Müsəlman Şərqinin ilk elektrikləşdirilmiş dəmir yolu - FOTOLAR
Dəmir yolunda Günəş batareyaları özünü doğrultdu










