Elektromobil sahibləri qışda bu problemlərlə üzləşir - ARAŞDIRMA

Alman Avtomobil Klubu (ADAC) tərəfindən 1000-dən çox sürücünün iştirakı ilə aparılan araşdırmanın nəticələri elektrikli avtomobillərdən istifadə edənlərin böyük əksəriyyətinin seçimindən razı olduğunu göstərib.
Avtosfer.az xəbər verir ki, araşdırmaya qatılanların 97 faizi elektrikli avtomobilindən məmnun olduğunu bildirib. Onların 70 faizi avtomobilindən “çox məmnun” olduğunu deyib. Narazı olduğunu bildirənlərin payı isə cəmi 1 faiz təşkil edib.
Sorğuda iştirak edənlərin 91 faizi növbəti avtomobilini alarkən yenidən elektrikli modelə üstünlük verəcəyini bildirib. Cəmi 5 faiz respondent isə bir daha elektrikli avtomobil almağı qətiyyən düşünmədiyini qeyd edib.
Araşdırmaya əsasən, daxiliyanma mühərrikli avtomobildən elektrikli avtomobilə keçid də əksər sürücülər üçün çətin olmayıb. İştirakçıların 92 faizi bu keçidi asan, 61 faizi isə çox asan hesab etdiyini bildirib.
Bununla yanaşı, elektrikli avtomobil sahiblərinin ən çox narahat olduğu məsələlərdən biri yürüş məsafəsinin hava şəraitindən asılı olaraq dəyişməsidir.
Belə ki, respondentlərin 25 faizi isti və soyuq havalarda avtomobilin yürüş məsafəsinin dəyişməsini narahatedici hesab edib. Bu vəziyyətdən çox narahat olanların payı isə 7 faiz olub.
Xüsusilə qış aylarında aşağı temperatur batareyanın performansına təsir göstərərək avtomobilin bir şarjla qət edə biləcəyi məsafəni azalda bilər. Batareyanın optimal işləmə temperaturunun qorunması və salonun qızdırılması üçün əlavə enerji sərf olunması da yürüş məsafəsinin azalmasına səbəb olan amillər sırasındadır.
Sürücülərin narazı olduğu digər məqam istehsalçıların açıqladığı yürüş göstəriciləri ilə real istifadə zamanı əldə edilən nəticələr arasındakı fərqdir. İştirakçıların 24 faizi gündəlik istifadə zamanı istehsalçının açıqladığı yürüş məsafəsinə hər zaman çatmağın mümkün olmamasını narahatedici hesab edib. Bu fərqi çox ciddi problem kimi qiymətləndirənlərin payı isə 8 faiz olub.
Araşdırmanın nəticələri göstərir ki, yürüş məsafəsinin hava şəraitindən asılı olaraq dəyişməsi və real istifadə göstəricilərinin istehsalçı məlumatlarından fərqlənməsi kimi problemlərə baxmayaraq, elektrikli avtomobil sahiblərinin ümumi məmnunluq səviyyəsi yüksək olaraq qalır.
ADAC da araşdırmanın nəticələrinə əsasən elektrikli avtomobil istifadəçilərinin elektrikli mobilliyə bağlılığının yüksək olduğunu bildirib.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












