Elektromobili kimlər alır? - MARAQLI ARAŞDIRMA

Brüssel Universitetinin əməkdaşları elektromobil sahiblərinin maddi vəziyyətini araşdırıblar.
Avtosfer.az xəbər verir ki, elektromobil sahibi olan avropalıların 74 faizi ali təhsillidir. Halbuki, ənənəvi avtomobil sürənlərin cəmi 38 faizinin universitet diplomu var. Avtomobil sahiblərinin 50 faizi isə natamam orta təhsillidir.
Məntiqi olaraq gəlir bölgüsündə də fərqlər yaranır. Elektromobil sahiblərinin 41 faizdən çoxunun aylıq gəliri 4000 – 6000 avro arasında dəyişir. 20 faizinin isə gəliri ayda 6 min avronu keçir. Ənənəvi maşın sahiblərinin isə cəmi 24 faizinin aylıq gəliri 4 min avrodan yuxarıdır.
Universitetin əməkdaşları bildirirlər ki, elektromobilə əsasən maddi imkanı çox yüksək olan şəxslər maraq göstərirlər. Həyət evində yaşayan adam üçün elektromobili doldurmaq heç bir çətinlik yaratmır. Evdə doldurma ucuz başa gəlir. Bina evlərində yaşayan, şəxsi parklanma yeri olmayanlar üçünsə elektromobil komfort deyil, problem mənbəyidir.
Vüqar
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












